Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Özəl klinikalarda vaksinlər daha keyfiyyətlidir? – AÇIQLAMA

Tarix 24.04.19, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Özəl klinikalarda vaksinlərin daha keyfiyyətli olması barədə deyilənlər şayiədir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndi dövlətin özü alır və onu vurdurmaq pulsuzdur: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan öz maliyyə vəsaiti ilə milyon dozalarla peyvənd alır, bu, ona ucuz başa gəlir. UNICEF bu prosesdə yalnız vasitəçilik edir. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozalarla aldıqları üçün qiyməti bahalaşdırırlar. Valideynlər də düşünür ki, əgər qiymət bahadırsa, deməli, həmin vaksin daha keyfiyyətlidir. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq”.

N.Quliyev əlavə edib ki, Azərbaycanda peyvənd etdirmək könüllüdür. Amma valideyn razı deyilsə, bundan yazılı şəkildə imtina etməli və səbəbini əsaslandırmalıdır.



Xəbərin oxunma sayı : 640




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap