![]() |
|














Özəlləşdirmə çekləri barədə yekdil rəy: - dövlət vətəndaşlarına sahib çıxmalıdır
Tarix 27.06.22, 19:06 |
|

Azərbaycanda özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci ilin yanvar ayının 1-dən etibarən başa çatdırılsa da, yüzminlərlə insan hələ də qiymətli kağız olaraq vauçerlərini qoruyub saxlayır. Hansı ki, qanunda özəlləşdirmə çekləri üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Eyni zamanda inflyasiyadan qorunmaqla bir özəlləşdirmə çekinin ekvivalenti minimum 2000 ABŞ dolları həcmində müəyyən edilib.
Ekspertlər hesab edirlər ki, özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini ifadə edə bilməyib. Əhalinin buna hazır olmaması, iqtisadiyyatda xırda və orta sahələrin özəlləşdirilməsinə başlanılan zaman vətəndaşların sosial-iqtisadi durumunun aşağı olması və məsələnin mahiyyəti barədə hökumət səviyyəsində lazımi izah və təbliğat işinin aparılmaması vətəndaşlar üçün faydalı bir prosesin nəticəsiz yekunlaşmasına gətirib çıxarıb. Ümumilikdə özəlləşdirmə prosesindən daha çox işbazlar, məmur-oliqarx zümrəsi faydalanıb.
Elə bu səbəbdən ölkə ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, əmlak ekspertləri hökumətə çağırışlar edərək, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasını və vətəndaşlara dəyən zərərin kompensasiya olunmasını istəyirlər. Azərbaycanda son dövrlər həyata keçirilən kompleks islahat tədbirləri çərçivəsində bu məsələyə də məntiqi yekun vurulması təklif olunur. AzFakt.com-un məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə prosesi sürətlə həyata keçirilib və mövcud şəraitdə, heç olmasa, çekləri əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir: “Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bu cür proseslər onillərlə davam edir. Azərbaycanda isə özəlləşdirmə prosesi çox qısa müddəti əhatə etdi. Bu fərman imzalandıqdan sonra əhalinin əksəriyyəti “qara bazar”da öz çeklərini dəyər-dəyməzinə satışa çıxardı. Çünki müvafiq qurumlar əhalini maarifləndirmir, təbliğat işi aparmır, öz üzərinə düşən missiyanı icra etmirdi. Ölkədə mövcud olan sosial problemlər üzündən əhali bu çeklərə dolanışıq vasitəsi kimi baxırdı”.
“Demək olar ki, ilk illərdə vauçerlərin əksəriyyəti əhalidən satın alındı. 2011-ci ildə isə ümumiyyətlə, bu prosesə yekun vurdular. Halbuki, qanunda vaxt məhdudiyyəti nəzərdə tutulmayıb. Eyni zamanda, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinə vətəndaşlar bu çeklər vasitəsilə sahib olmalı idilər. Təəssüf ki, bunların heç biri baş vermədi”, - deyə deputat bildirib.
Kərimlinin sözlərinə görə, vətəndaşların dövlət dəstəyindən faydalanmasını təmin etməli olan vauçerləri indi dəyərsiz kağız parçalarına çeviriblər: “Bu insanların günahı nədir?! İddia edirlər ki, zamanında sata bilərdilər. Axı bu proses lazımi səviyyədə icra edilməyib və böyük qüsurlarla müşayiət olunub. Bu gün ölkədə kompleks islahatlar aparılır, dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə adlayır. Belə bir şəraitdə özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların da taleyinə aydınlıq gətirilsə, yaxşı olar. Qanunvericilik də buna imkan verir, hökumətin də imkanı var ki, bu problemi həll etsin. Bu mənada dəymiş zərərin kompensasiya olunması və ya tədavül müddətinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirəm”.
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi, “Şöhrət” ordenli Səadət Bənənyarlı da AYNA-ya danışarkən söyləyib ki, müvafiq qurumlar özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlarla bağlı araşdırmalara başlamalıdır: “O zaman bu fərman cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bir sistemdən digər sistemə keçid edirdik və özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faiz payçısı vətəndaşlar olmalı idi. Həmin dövrdə qəbul edilən qanunlarda özəlləşdirmə çekləri üçün inflyasiyadan qorunan məbləğ də müəyyən edilmişdi”.
“Lakin özəlləşdirmə prosesi ciddi qüsurlarla müşayiət olundu. Oliqarx məmurlar və işbazlar marağında idi ki, proses sürətlə yekunlaşsın. Bu səbəbdən üzərlərinə düşən funksiyanı yerinə yetirmədilər, təbliğat işi aparmadılar və əhalinin əksər hissəsi öz vauçerlərini dəyər-dəyməzinə satışa çıxardı”, - deyə həmsöhbətimiz vurğulayıb.
Bənənyarlı hesab edir ki, bu gün çekləri əllərində qalan vətəndaşlar üçün “qapıları bağlamaq” doğru yanaşma deyil: “Çünki bu, vətəndaşların konstitusion hüququdur. Onlara təqdim olunan çeklərin ya tədavül müddətini artırmaqla bazara çıxarılmasına şərait yaradılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir. Bildiyim qədər, çek sahibləri bu məsələyə etiraz nümayiş etdirirlər. Onlar sistemli şəkildə öz hüquqlarını tələb etsələr, biz də onların yanında olacağıq. Onsuz da bu məsələyə məntiqi yekun vurulmalıdır. Yaxşı olardı ki, hökumət bunu nəzərə alsın və özəlləşdirmə payları əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirsin”.
“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu da öz növbəsində özəlləşdirmə çekləri ilə bağlı ədalətsizlik yaşandığı qənaətindədir. O, AYNA-ya şərhində bu istiqamətdə ciddi tədbir görülməsinin vacibliyinə diqqət çəkib: “Bu çeklərin dövriyyəyə buraxılmasından 25 ildən artıq zaman keçir. Kifayət qədər böyük zamandır. Çox təəssüf ki, bu proses bəzi fırıldaqçı və işbazların maraqlarına uyğun şəkildə aparıldı. Nəticədə pay sahibləri böyük ziyana uğradılar”.
“Hansı ki, bu çeklərlə bağlı fərman veriləndə insanlar ümid edirdilər ki, bu, onların həyatında müsbətə doğru dəyişikliklər yaradacaq. Təəssüf ki, bəzi işbazlar bu dəfə də estafeti ələ aldılar və milyonlarla insanın arzusunu suya düşürdülər”, - deyə müsahibimiz bildirib.
Qəşəmoğlu əlavə edib ki, bu gün də çekləri əllərində qalan, tarixi ədalətin bərpa olunacağı günü səbirsizliklə gözləyən yüzminlərlə vətəndaşımız var: “Onları Allahın ümidinə buraxmaq olmaz. Heç olmasa, indi bu insanların gələcəyinə sahib çıxsınlar. Ya yeni qanun qəbul etsinlər, ya tədavül müddətini artırsınlar, ya da kompensasiya ödəsinlər”.
QEYD
Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Xəbərin oxunma sayı : 811
Sosial
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV