| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Zəngəzur dəhlizi“ termininin müəllifi mənəm” - Dövlət başçısı
Tarix 12.01.22, 22:16 |
|
“Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir: “Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi".
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır: "Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var.
Biz isə ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmışıq. Bildiyiniz kimi, Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Onun başlıca vəzifəsi budur. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə qeyd edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Halbuki biz bilirik ki, bu, mümkündür və sovet vaxtında belə bir layihə var idi. Sovet vaxtında Ermənistan bu layihəyə etiraz edirdi və qeyd edirdi ki, bu, mümkünsüzdür. O vaxt Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini idi. Məhz onun göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi – birinci katib və hökumətin rəhbəri məcbur olub bu layihəyə icazə verdilər. Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Yəni, bu imkanlar var. Bu gün bu işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yoluna elə bil ki, razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, təsdiqləndi. Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa marşrut olmalıdır və ilin bütün fəsillərində bu marşrutdan istifadə etmək mümkün olsun. Çünki orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm relyef. Bax belə. Bu dəhlizlə bağlı məsələ bu yerdədir”.
Prezident İlham Əliyev qeyd edib ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib: “Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək.
Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər”.
Xəbərin oxunma sayı : 940
Siyasət
Xəbərlər
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
MİQ müsabiqəsi: ümumi vakansiya seçimi mərhələsi başlayır
-
“Azərbaycanda işləmək məni həyəcanlandırır“ - Ceki Çan
-
“PAŞA Bank“ın kredit portfeli sürətlə böyüyüb - Rəqəmlər
-
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi - SİYAHI
-
Kiberpolis əməliyyat keçirdi: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi (VİDEO)
-
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı qalxıb - Son 6 ayda
-
Şıxov çimərliyində iki qadın dənizdə boğuldu - FHN axtarışa başladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda 60 mindən çox iş yeri boş qalıb - Vətəndaşlar niyə bu işlərə maraq göstərmirlər?
-
Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət
-
Dövlət avtomobilləri satışa çıxarılır: Sentyabrın 15-də növbəti hərrac keçiriləcək
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub? - STATİSTİKA
-
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdir
-
Bu şəxslərin evi hər an sökülə bilər - Bakıda yeni proses başlayır
-
“Atəşgah Sığorta“ 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
-
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
-
“Məqsəd Aİ-dən pul qoparmaqdır“ – Belarusdan Latviyanın sərhəd qərarına etiraz
-
Bu ölkələrdəki səfirlər geri çağrıldı- Yeni təyinatlar edildi + DOSYELƏR
-
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
-
“Məkkə razılaşmasından narahatlıq üçün əsas yoxdur“ - İran XİN
-
Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
-
Birinci kurs tələbələrinin yaşadığı əsas problem - “Universitetlər bunu etməlidir”
-
Azərbaycanda ən çox böyüyən sığorta şirkətləri - SİYAHI
-
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
-
Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərini bu şirkət tikəcək - 5.2 milyon alacaq
-
Müharibənin gedişində əsas dəyişiklik: Ukrayna döyüşləri Rusiya ərazisinə daşıyır
-
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
-
DOST Agentliyinin “dostu“... - “İnnova İnşaat“ 11 milyonluq tenderlərin qalibi olub
-
Almaniya səmasında nə baş verir? - UNO müşahidələrində rekord
-
Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət etdi - Elnarə Canlı ilə bağlı
-
Litvanın Baş naziri İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Ötən həftə 925 yanğına çıxış olub - 10 meyit aşkarlanıb
-
Mourinyo yeni transferi bəyənmədi - “Məzuniyyətdə futbolla əlaqəsini kəsib...“
-
“Yol çəkilib, amma keçid qoyulmayıb“ - VİDEO
-
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” - Qaluzin
-
Azərbaycanda yaşlılar daha çox, gənclər daha az boşanır - RƏQƏMLƏR
-
“Müharibə zamanı Azərbaycan bizə çox kömək oldu” - Pezeşkian
-
Vaşinqtondan Kiyevə kritik yardım: Rusiya obyektlərinin koordinatları verilir
-
Zaqatala icra başçısının sürücüsü qəzada öldü - FOTO
-
Bakının iki rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO
-
“Misir də bu ittifaqına qoşula bilər...“ - Hakan Fidan
-
ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək - İrandan xəbərdarlıq
-
Kasko sığorta ilə bağlı yeni yanaşmalar tətbiq olunacaq - VİDEO
-
Magistratura üzrə təhsil müddətinin 1 ilə endirilməsi təklif olunur - VİDEO
-
Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq - Əraqçi
-
Xmeymim və Tartus bazaları təlim mərkəzi olur - Suriya və Rusiya razılaşdı
-
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO
-
Kosova parlamentində ölkdeputat baş nazirə yumurta atdı - VİDEO
-
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb?
-
Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə
-
İki il təhsil, yoxsa iş təcrübəsi? - Magistratura üçün yeni yanaşma TƏKLİFİ
-
Bakı və Abşeronda güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanlı fəalların müəmmalı ölümləri - Güneydən həyəcanlı xəbərlər
-
Suriyadan qaçan keçmiş kəşfiyyat rəisi Rusiyada ola bilər - “BBC News”
-
Wikipedia-nın qurucusundan sarsıdıcı sensasiya – ABŞ kəşfiyyatı məqalələri...
-
“David Seliverstov“ dələduzluq layihəsinin arxasında kim dayanır? - “Magen David“dən deputatın adına uzanan zəncir
-
Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - Səbəblər və gözlənilən yeniliklər
-
Müctəba Xamenei üzə çıxdı, 5 aydan sonra ilk görüntüləri yayıldı - VİDEO
-
Fırıldaqçıların yeni silahı: Süni intellekt - Bunları etməzdən əvvəl diqqətli olun
-
Sabah dağətəyi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ
-
Tələbələr üçün yeni məcburiyyət: Yaşamadıqları mənzilin kirayəsini ödəyirlər
-
Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Video
-
Xaricə gedənlərin DİQQƏTİNƏ: Səyahət sığortanız ən lazım olan anda işə yaramaya bilər
-
Rusiya Xarkova zərbə endirib - Ölən və yaralananlar var
-
Orban vəzifədən azad etmişdi - Prezidentliyə namizəd oldu
-
“Məkkə sazişinə oxşar anlaşma Qafqaz ölkələri ilə də imzalana bilər“ - Fidan
-
Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?
-
Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)
-
İran Hörmüzlə bağlı yeni tələblər irəli sürdü - Boğazın açılması mümkünsüz hala gəlir
-
Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB açıqladı
-
Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır
-
Nikol Paşinyan İlham Əliyevə zəng etdi - Nə danışılıb?
-
Qatar gecikdiyinə görə Bakıya taksiylə gəldi: ADY pulunu geri qaytaracaq
-
17 yaşlı yeniyetməni nişanlayanlar jurnalistlərə hücum etdilər – Video
-
Avropada bu kombilər bir-bir söküləcək - Tarix açıqlandı
-
“Əməliyyatları davam etdiririk....“ - Zelenski yeni baş komandanla görüşdü
-
Rəsmi Bakıdan Tbilisiyə açıq mesaj: “Gürcüstanın ərazi bütövlüyü...“
-
Azyaşlı şəkər xəstəsi olduğu üçün “Barama“ uşaq bağçasından kənarlaşdırılıb - VİDEO
-
Senat “cəhənnəm sanksiyaları”nı qəbul etdi - Putini və bu ölkələri nə gözləyir?
-
“Mask Ukraynaya kömək etməkdən imtina etdi” - “The Atlantic”
-
Azad edilmiş ərazilərdə turist axını ən çox bu rayonlaradır - ADLAR
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Yeni Klinikanın direktor müavini işdən çıxarıldı - Anar Bayramovdan əmr
-
Trampın 400 milyonluq layihəsinin tikintisi dayandırıldı - Məhkəmə tərəfindən
-
Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO
-
Malayziyadan gətirilən bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb - FOTO
-
Tərtərdə iki nəfəri öldürən və evi yandıran şəxs tutulub - VİDEO
-
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - Cinayət işi açıldı
-
Rusiya NATO ölkəsinə hücum edə bilər - “The Wall Street Journal”
-
“Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır“ - Ərdoğan
-
Gədəbəydə 3 məktəb bağlandı - Şagird və müəllimlərin aqibəti necə olacaq?
-
Parkdakı fəvvarənin hissələrini oğurladı - Saxlanıldı
-
“Yunanıstanın Egey planı birtərəfli addımdır“ - Türkiyə XİN
-
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
-
Baş prokuror Laçın və Qubadlıda - FOTOLAR
-
Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb - VİDEO
-
Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110-cu yerdə qərarlaşıb - Siyahı
-
Süleyman Mikayılovun müavininə hökm oxundu - 1 il 3 ay
-
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
“Kəpəz“ Hospitalında faciə: Qadın plastik əməliyyatdan sonra öldü
-
“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Azərbaycanda vergi borcları 4 milyard manatı keçib - Hesabat
-
Putin hakimiyyətini qorumaq tapşırığı verib - Rusiya elitasında FSB xofu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
-
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
-
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə saziş imzalayıb - Birgə müdafiə haqqında
-
“Tarqovı”dakı yanğın məhdudlaşdırıldı - VİDEOLAR
-
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - Siyahı
TOP 10
ARXİV






