Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağ Ev Azərbaycandakı vəziyyəti diqqətlə öyrənir

Tarix 20.06.17, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


"ABŞ-da Qarabağdakı yeni eskalasiyadan xəbərdardırlar və orada regionda baş verən hadisələrə görə narahatdırlar"

Bunu virtualaz.org-a açıqlamasında amerikalı politoloq Ceyson Smart deyib.

"Qarabağ problemi və bütovlükdə Cənubi Qafqaz regionu çox mürəkkəbdir və istisna edilmir ki, Tramp administrasiyası üçün əsasən məhz bu, xüsusi test olacaq", - analitik əlavə edib.

"Tramp, əvvəlcədən hansı addımı atacağı müəyyənləşdirilməsi çətin olan insandır və mən onun hansısa bir anda Rusiyaya baxmadan bu münaqişənin nizama salınması üzrə öz təklifləri ilə çıxış etdiyini görsəm, təəccüblənmərəm. İndi ona seçicilərinə və müttəfiqlərinə özünü sərbəst siyasətçi kimi, hansı ki, müstəqil qərarlar qəbul edə bilər, göstərmək lazımdır. Hələlik isə, mən bildiyim qədəri, region onun administrasiyası tərəfindən diqqətlə öyrənilir.



Üstəlik deyə bilərəm ki, Tramp Azərbaycana iltifatla yanaşır. Hətta keçən illərdən fərqli olaraq KİV-də də sizin ölkəniz haqqında daha az tənqidi yazılar dərc olunur. Amma bu o demək deyil ki, Azərbaycanla dialoqda Tramp demokratiya və insan hüquqları ilə bağlı problemləri qaldırmayacaq.

Ermənistana gəlincə, ABŞ-da bu ölkənin həqiqətən də mötəbər lobbisi var, amma bu da o demək deyil ki, ABŞ-ın yeni prezidenti öz siyasətində ona yönəlik xətt tutacaq", - deyə Smart güman etdiyini bildirib.

Türkiyə ilə ABŞ-ın münasibətlərinə toxunan politoloq qeyd edib ki, indi onlar heç də ən yaxşı dövrlərini yaşamırlar, amma əmindir ki, NATO çərçivəsindəki müttəfiqlik əlaqələri sayəsində hər şey bərpa olunacaq.



Xəbərin oxunma sayı : 154




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap