Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağ Ev kəşfiyyat məlumatlarının sızması ilə bağlı təhqiqata başlayıb – Şübhəlilər sorğu-sual edilir

Tarix 07.07.20, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Ev Rusiya ilə “Taliban” hərəkatı arasındakı əlaqələrə dair kəşfiyyat məlumatlarının kənara sızdırılmasına dair daxili təhqiqata başlayıb.

“Politico” xəbər verir ki, məxfi məlumatlara aidiyyəti olan əməkdaşların sorğu-sualından sonra şübhəlilərin sayı 10-dək azalıb.

Xatırladaq ki, iyunun 26-da “The New York Times” qəzetində Rusiya hərbi kəşfiyyatının “Taliban” hərəkatını Əfqanıstandakı beynəlxalq missiyanın hərbçilərinə hücum etməyə təhrik etməsi barədə kəşfiyyat məlumatlarının “bir neçə ay bundan əvvəl” prezident Donald Trampa təqdim olunduğu, Milli Təhlükəsizlik Şurasında mart ayının sonunda müzakirəyə çıxarıldığı barədə yazı getmişdi.

D.Tramp da 28 iyun tarixində “Twitter” hesabından Rusiyanın “Taliban” yaraqlılarına ABŞ hərbçilərini öldürmələri üçün pul təklif etməsinə dair məlumatlarının kəşfiyyat tərəfindən qəbul olunmadığını bildirmişdi. Prezidentin ehtimalına görə, sözügedən yazı onun təmsil etdiyi Respublikaçılar Partiyasına qarayaxma məqsədi daşıyır/Report.



Xəbərin oxunma sayı : 1975




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap