“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ağ Evdə maraqlı anlar - Rubio Trampa nə deyib? + VİDEO

Tarix 09.10.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Bütün dünyanın diqqəti İsrail–HƏMAS atəşkəsinə yönəldiyi bir vaxtda, ABŞ Prezidenti Donald Trampın mövzu ilə bağlı keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb. 

Belə ki, Dövlət katibi Marko Rubio Tramp çıxış edərkən yerindən qalxaraq onun yanına gəlib və qulağına nəsə pıçıldayıb. Daha sonra isə prezidentə bir kağız verib və prezident konfransı vaxtından əvvəl bitirib. Həmin anlar kameralar tərəfindən qeydə alınıb.

Qeydi alan Tramp jurnalistlərə belə deyib:"Yaxın Şərqdə razılaşmaya çox yaxınıq. Mənə az sonra ehtiyac olacaq. Buna görə çıxışımı qısa tutmalıyam".

“Associated Press”in məlumatına görə, Rubio Trampa təqdim etdiyi qeyddə onun sosial mediada paylaşımlara təsdiq verməli olduğunu bildirib. Bu yolla Trampın razılaşma xəbərini ilk olaraq özü elan edə biləcəyi qeyd olunub.

Məsələ ilə bağlı Ağ Evdən hələlik rəsmi açıqlama verilməyib.







Xəbərin oxunma sayı : 1711




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap