Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağalar Vəliyevin bu addımı gülüş hədəfi oldu – Seçiciyə Məşhəd xidməti

Tarix 23.04.19, 1:16

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Ağalar Vəliyevin seçicilərini Məşhəd ziyarətinə göndərməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

“Yeni Sabah” xəbər verir ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat olan A. Vəliyev haqlı olaraq tənqid olunub, vəzifəsi olan seçicilərin problemlərini parlamentdə qaldırmaq əvəzinə onları ziyarətgaha göndərməsi ironiya ilə qarşılanıb.

Bildirək ki, deputatın təşəbbüsü və maliyyə dəstəyilə  Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrindən  şəhid ailələri, Qarabağ Müharibəsinin iştirakcıları və digər az təminatlı ailələr əhatə olunmaqla Məşhəd ziyarətinə göndəriləcək 30 nəfər mömin seçici qəbul edilib. 

Görüşdə o deyib ki, dövlətimizin uğurlu din siyasətinə dəstək kontekstində hər il maddi imkanı məhdud olan bir qrup mömin seçicinin ölkə xaricindəki müqəddəs ocaqlara ziyarətə göndərilməsi artıq xoş ənənə halını alıb. Son 3 il ərzində deputat adı çəkilən rayonlardan 120 nəfəri Məşhəd, 17 nəfəri isə Həcc  ziyarətinə göndərdiyini qeyd edib.

Qəbul bitdikdən sonra yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 30 zəvvar xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Məşhəd ziyarətinə yola salınıb.

Bu haqda açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri A. Vəliyevi qınayaraq “heç olmasa, 30 imkansız tələbənin təhsil haqqını ödəyəydi” deyə etirazlarını bildiriblər.

Ağalar Vəliyevin bu addımı gülüş hədəfi oldu – Seçiciyə Məşhəd xidməti

Ağalar Vəliyevin bu addımı gülüş hədəfi oldu – Seçiciyə Məşhəd xidməti







Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap