Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağcabədidə qonşusunun iki maşınını yandıran müəllim tutuldu

Tarix 03.05.17, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


"Report"un məlumatına görə, hadisə rayonun Taxtakörpü qəsəbəsinin Qarakeş obasında qeydə alınıb

Belə ki, Laçın rayonundan məcburi köçkün Xanalı Muradalı oğlu Verdiyevin bir müddət bundan öncə müxtəlif vaxtlarda iki avtomobili yandırılıb.

X.Verdiyev Laçın Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus "VAZ-21015" və "Mercedes-190" markalı iki avtomobili yandırılıb.

Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomobilləri yandırmaqda şübhəli bilinən Qarakeş obasının orta məktəbinin tarix müəllimi İkram Sərdar oğlu Şükürov tutulub.

Şübhəli şəxs qismində saxlanılan İ.Şükürov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, qonşusunun iki avtomobili olduğu halda onun avtomobili yoxdur və hadisəni gecə vaxtı qonşusunun həyətinə girərək bu səbəbdən törədib.

Faktla bağlı Laçın RPŞ-da cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 106




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap