Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu müraciət... - VİDEO

Tarix 20.03.19, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com xəbər verir ki, Moderator.az-a İctimai Vəkil, səlahiyyətli nümayəndə Samir Zeynalov tərəfindən ittiham dolu müraciət daxil olub. Ölkə başçısının son dövrlər apardığı taleyüklü sosial-siyasi islahatlar vasitəsilə cəmiyyətdə böyük nikbinlik və milli barış ab-havası yaratması fonunda bu cür xoşagəlməz olayların görülən misilsiz xidmətlərə kölgə saldığını nəzərə alaraq Cənab Prezidentin köməkçiləri olaraq baş verənləri ictimailəşdirmək qərarına gəldik:

"İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikasının qanununu və Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəhbərliyinə, xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənəvi-psixoloji vəziyyət hələ də qeyri-qənaətbəxş və arzuolunmaz olaraq qalmaqdadır. İnstitutun bu günə olan məlumata əsasən Zemfira Hüseynova adlı daha bir yüksək əmək stajına sahib əməkdaşı könüllü şəkildə ərizəsini yazaraq işdən azad olmaq niyyətlərini gerçəkləşdirib. Bu neqativ faktoloji reallığın mənbəyində isə uzun müddətdir ixtisasca “mikrobioloq” olan dirketor Həqiqət Qədirova dayanır. Xanım Qədirova tam qərəzli şəkildə institutda xoşuna gəlməyən istənilən tibb işçisinə qarşı mənəvi terror tətbiq etməkdə artıq mahirləşib desəm, yanılmaram. Bu şəxsin əməlləri tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan Səhiyyəsinin nəfəsini kəsməyə yönəllib. Ölkəmizdə ağciyər xəstəlikləri üzrə yeganə ixtisaslaşmış və elmi-tədqiqat işi aparan müəssisənin məhz Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutu olduğunu nəzərə alsaq, qeyd edilən mühakimənin tamamilə ağlabatan olduğunu anlamaq çətin olmaz.

Qeyd etmək istəyirəm ki, xanım Qədirova bu müəssisəyə təyinat aldığı gündən etibarən kollektiv arasında bu günə qədər görünməmiş mənfi əhval-ruhiyyənin yaranmasına, bəzi işçilərin onlara diktə edilən arzuolunmaz münasibətdən dolayı könüllü şəkildə işdən uzaqlaşmalarına, eləcə də digər bir neçə təcrübəli tibb işçisinin əsassız olaraq işdən azad edilməsinə baiskar olub.

Bu günə olan vəziyyət həqiqətən də çox dözülməz və analoqu olmayandır.

Öz repressiv və direktiv fəaliyyət kodeksindən imtina etmək niyyəti doğurdan da olmayan xanım Qədirovanın bu dəfə ki, real hədəfində olan həkimlərdən biri- institututda 20 ildən çox çalışan, məsuliyyəti, peşəkarlığı və vicdanlılığı vətəndaşlar arasında qazandığı etimada əsasən şübhə doğurmayan “Ultrasəs müayinəsi kabinentinin” həkimi Xatirə Əliyevadır. Qeyd edim ki, Xatirə xanım "Media Təqib Mərkəzinin" keçirdiyi rəy sorğusuna əsasən ötən ilin ən yaxşı USM həkimi adına layiq görülüb. 

Xatirə xanımın bildirdiyinə görə direktor Həqiqət Qədirova tərəfindən aşkar təzyiqlərə, daha dəqiq desək mənəvi terrora hələ də məruz qalır. Artıq onun hərəkətləri, arzuolunmaz və ağlasığmaz münasibəti ilə barışmaq, bu münasibətin qarşısında daha artıq tab gətirmək qeyri-mümkündür. Xatirə xanım bildiririr ki, dözülməz münasibətə dair bu hərəkətliliklər bir ilk deyil. Dəfələrlə xanım Qədirovanın qanunsuz idarəçilik metodları, anarkik düşüncəsindən irəli gələn əməlləri ilə bilavasitə üzləşdiyi üçün fərdi və kollektiv qaydada Səhiyyə Nazirliyinə yazılı müraciətlər edib. Lakin mövcud vəziyyətlə bağlı əsaslı tədbirlərin görülməsi ehtiyyacı nazirlik tərəfindən, şəxsən Cənab nazir Oqtay Şirəliyev tərəfindən təəssüf ki, müsbət dəyərləndirilməyib. Hətta vəziyyət o həddə belə gəlib çatıb ki, Xatirə xanım Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək məcburiyyətində qalıb. Çünki xanım Qədirova iki DTX əməkdaşını aldadaraq onları Xatirə xanıma qarşı özünün yalan və təzyiq dolu hərəkətlərinə ortaq etməyə cəhd göstərib. Xatirə xanımın qeyd etdiyinə görə 20 illik fəaliyyəti dövründə ilk dəfədir ki, belə arzuolunmaz, ağlasığmaz və gözlənilməz bir vəziyyətlə qarşılaşır. Qeyd edilənlərdən məlum olur ki, institut rəhbərliyinin, şəxsən Həqiqət Qədirovanın real məqsədi ənənəvi qaydada onun könüllü və ya qondarma faktlar əsasında işdən azad edilməsinə nail olmaqdır.

Həkim-USM Xatirə Əliyevanın bildirdiyinə görə hazırda onun barəsində direktor Həqiqət Qədirovanın şəxsi təşəbbüsü ilə institutun baş həkimi İman Rzayev tərəfindən ona qarşı intizam tənbehinin tətbiqi ilə bağlı təqdimat yazılıb. 

Təqdimatda qeyd edilir ki, guya həkim-USM Xatirə Əliyeva 16.01. 2018-ci il tarixdə ambulator kartı təqdim edilməyən Əmiraslanov Şamxal adlı şəxsi qeyri-rəsmi müayinə edib. Halbuki bu barədə xəstələrin qeydiyyat kitabı, o cümlədən komputerdə adı çəkilən şəxsin müayinəsi ilə bağlı qeydiyyatı tam şəkildə aparılıb və belə qeydiyyat aktının mövcudluğu qeyri-rəsmi müayinə faktının gerçəkləşəməsi iddiasını tamamilə iflasa uğradır. Belə ki, ilk dəfə 16.01.2018-ci il tarixdə USM müayinəsinə cəlb edilmiş xəstə Əmiraslanov Şamxal adlı şəxs təqdim edilmiş 12980 nömrəli ambulator karta əsasən, ikinci dəfə isə 15.02.2018-ci il tarixdə təqdim edilmiş 2562 nömrəli ambulator karta əsasən müayinə edilmiş, hər iki müayinənin nəticələri ilə bağlı müavifq qaydada qeydiyyatlar rəsmiləşmişdirilmişdir.

Belə olan halda hansı qeyri-rəsmi müayinələrdən söhbət gedə bilər, aydın deyil.

Göründüyü kimi həkim Xatirə Əliyeva haqqında intizam qaydasında tədbirin görülməsi ilə bağlı tərtib edilmiş təqdimat bəsit əks arqumentlərə görə aşkardır ki, böhtan xarakterlidir. Bu qanunsuz akt şübhəsiz ki, institutun fəaliyyəti sıralarından növbəti peşəkar həkimin uzaqlaşdırılmasına yönəlmiş bir haldır və hesab edirəm ki, artıq bu kimi məkirli halların mənbəyində qərarlaşan və uzun müddətdir usandırıcı təsir bağışlayan həkim-mikrobioloq Qədirova Həqiqət Əbdül qızı haqqında mütləq şəkildə əsaslı və effektiv tədbir görülməlidir.

Xanım Qədirova tərəfindən haqsız və ağlasığmaz təzyiqlərə məruz qalan, bu günə qədər maddi və mənəvi sarsıntılar içərisində çalışan institutun digər əməkdaşı- həkim-laborant tibb elmləri namizədi Aygün Alxasovadır.

Həkim Aygün Alxasovanın bildirdiyinə görə o, Həqiqət Qədirova tərəfindən artıq 1 ildən çoxdur ki, qərəzli və sarsıdıcı münasibətlə üz-üzədir. İfadə edilən kompramis cəhdlər və təmkinli mövqe artıq heç bir fayda izhar etmir. Hazırda xanım Qədirova Aygün xanıma onun öz maddi vəsaiti hesabına əldə etdiyi reaktiv tibbi sistemlərin istifadəsinə qadağa qoyub. Bu qağanın müddəti isə 5 aydan çox bir müddəti əhatə edir. Nəticə etibarı ilə də institutda 21 ildən çox çalışan həkim Aygün Alxasova çox cidd şəkildə mənəvi iztirablara məruz qalaraq əziyyət çəkir, işində və rəhbərlikdən usanır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Təcili Tədbirlər Görməlidir:

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda vəziyyət çox kritikdir. İnstitutda baş verən daha dəhşətli faktlar isə insanın qanını dondurur. Direktor Qədirova Həqiqət Əbdül qızının anarxik və anti-milli fəaliyyətini həzm etmək qeyri-mümkündür. Nəzərə almaq vacibdir ki, institutun 5 həkimi xanım Qədirovanın repressiv fəaliyyətinin qurbanı olub.

Onların arasında tibb elmləri namizədi, həkim Səbinə Məmmədovanın qeyri-qanuni olaraq işindən azad olunması aqibətini ürək ağrısı ilə qeyd etməmək mümkün deyil. Bu gün böyük şəfqət sahibi həkim Səbinə Məmmədovanı tanıyan, onun şəfasından bəhrələnən hər bir sağlam düşüncəli Azərbaycan vətəndaşı ona qarşı institut rəhbərliyi tərəfindən gerçəkləşmiş ciddi haqsızlıqlarla barışa bilmir. Qeyd edim ki, həkim Səbinə Məmmədova barəsində bu günə qədər vətəndaşlar tərəfindən bir dəfə də olsun şikayətlə üzləşməyib. Hippokrat andına sadiqliyin nümunəsi çox təəssüflər olsun ki, bu gün öz peşə fəaliyyətinin icrası ilə məşğul deyil. Uzun illər ərzində saysız-hesabsız ölümcül xəstələri sağlatmağı bacarmış tibb elmləri namizədi, həkim Səbinə Məmmədovanı tərəddüdsüz olaraq Azərbaycan Səhiyyəsinin böyük itksi adlandırmaq olar. Bu itkinin səbəbkarı isə şübhəsiz ki, mikrobioloq Həqiqət Qədirovadır. 

Göründüyü kimi Direktor Həqiqət Qədirova xüsusilə gənc kadrlara qarşı amansız rəftarı ilə seçilir. Onun “qara siyahısının olub, qurbana çevirlənlərinin hamısının gənc mütəxəssislər olması diqqət çəkir. Əvəzində Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından keçməyən, zəif nəticələr göstərən, tibb fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan yaşlı həkimlər önə çəkilirlər. Direktorun gənclərə belə antipatiyasının olmasının səbələrinə bəraət qazandırmaq mümkün ola bilməz. 

Qeyd edilənlərə istinad edərək nəticə etibarı ilə tam məsuliyyətimlə deyə bilərəm ki, H. Qədirovanın fəaliyyəti Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətini tamamilə iflic edib. Direktor heç bir qanuna,tibb işçilərinin nümunəvi vəzifə təlimatına məhəl qoymur, özünü həkim kimi yox, hakimi-mütləq kimi apararaq əməkdaşları təhdid edir, savadlı tibb personalının əmək fəaliyyətinə xitam verir. Bütöv bir kollektivə qarşı belə bir münasibət sərgiləmək hüququnu düşünürəm ki, xanım H. Qədirovaya heç kim verməyib. Əlavə olaraq qeyd edim ki, H. Qədirova əmək fəaliyyətinin son yaş həddini keçib və analoji əməllərinə görə 2012-ci ilin 30 noyabr tarixində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin kollektivi tərəfindən tənqid və etirazlara məruz qaldığı üçün vəzifəsindən könüllü sürətdə uzaqlaşmağa məcbur olub". 

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.






Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap