Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağdaş Regional Mədəniyyət İdarəsində Səxavət Məmmədovun “bazarı”… - Heç də pis işləmir…

Tarix 27.01.22, 11:26

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət idarələrində korrupsiyanın izi ilə…

Ağdaş Regional Mədəniyyət İdarəsində bazar açılıb. Bu barədə redaksiyamıza şikayət ünvanlayan və adının çəkilməsini istəməyən mədəniyyət işçisi bildirib ki, regional idarənin müdiri Səxavət Məmmədovun tapşırığı ilə hər ay onlardan 50 manat pul yığılır. Məlumatı dəqiqləşdirmək apardığımız araşdırma zamanı məlum oldu ki, həqiqətən də hər ay Ağdaş Regional Mədəniyyət İdarəsində çalışan işçilərdən 30-50 manat arası pul yığılır.

Lakin daha əvvəl Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik edən Səxavət Məmmədovun Ağdaş Regional Mədəniyyət İdarəsindən qazancları bununla da bitmir. Şikayətçi bizə bildirib ki, Səxavət Məmmədov regional idarənin tabeçiliyində olan bütün uşaq musiqi məktəblərindən qrup kontingentinə görə pul yığır. Səxavət Məmmədovun uşaq musiqi məktəblərində “diplom bazarı” da açdığı qeyd olunur. Belə ki, uşağını musiqi məktəbinə yollamadan hər bir valideyn 800-1000 manat verərək Səxavət Məmmədovdan diplom ala bilər. Bundan başqa məktəblərin, mədəniyyət evlərinin, kitabxana və klubların təsərrüfat xərcləri mənimsənilir. Sadəcə məsul şəxslər sənədləri imzalayırlar.

Qeyd edək ki, Səxavət Məmmədov Ağdaş Regional Mədəniyyət İdarəsin müdir gətirilməmişdən əvvəl Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik edib. Elə orada çalışdığı zaman da korrupsiya və qara işlərlə məşğul olan Səxavət Məmmədov teatrın dövlət sifarişli tenderlərin pullarını da hal-hazırda olmaqla mənimsəyir. Çünki teatrdan gedərkən öz yerinə yaxın adamını təyin etdirə bilib. Hazırda Mingəçevir Mingəçevir Dövlət Dram Teatrında çoxlu saylı “ölü can”ın olduğu da qeyd olunur.

Qeyd edək ki, bütün bu məlumatlar başqa mənbələr tərəfindən dəqiqləşdirildikdən sonra dərc edilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap