Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağdaşda DYP əməkdaşları gənc ananı və körpəsini ölümdən xilas ediblər

Tarix 19.02.18, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tez həmin istiqamətə yollanan yol polisi əməkdaşları həmin maşının su kanalına aşdığını aşkar ediblər. Dərhal bu barədə xidmət rəhbərliyinə, FHN-ə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.

Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas ediblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.

Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gec olardı və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap