Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri (VİDEO)

Tarix 28.11.20, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.

AzFakt.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində "Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir.

20 noyabr 2020-ci il - Ağdam 


Sözügedən texnika ictimaiyyətdə maraqla qarşılandığından onun özəlliklərini təqdim edirik:

"Bozena-5” Slovakiyanın "Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd "Bozena-5” alınıb.

Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. "Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır.


Ümumi çəkisi 12 ton olan "Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var.  Zəncirlərin arxas hissəsində olan lövhə isə zirehlidir. "Bozena-5”in maksimum sürəti saatda 9 km-dir.  Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir. 

Qeyd edək ki, ANAMA-nın ixtiyarında "Bozena-4” minatəmizləmən maşınlardan da var.








Xəbərin oxunma sayı : 826




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap