Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağdamda itkin düşən şəxsin minaya düşdüyü bəlli oldu - Rəsmi məlumat yayıldı

Tarix 17.06.21, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.

AzFakt.com xəbər verir ki, itkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə itib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları işğaldan azad olunan ərazilərdə onun axtarışına cəlb olunub.






Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap