Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağdamlı sahibkar konfransda prezidentə yalan söyləyib? - 200 inəklik müəmma -Video

Tarix 03.04.18, 4:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti cənab İlham Əliyevin prioritet elan etdiyi aqrar sahə son illərdə göstərilən yüksək diqqət nəticəsində intibah dövrünü yaşamaqdadır. Dövlət tərəfindən güzəştli və uzunömürlü kreditlər və çoxşaxəli subsidiyalar fermerlərin fəaliyyətinin yüksəlməsinə ciddi təkan verməkdədir. 

Kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrin ƏDV-dən 5 il müddətinə azad olunması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda əkən fermerlərə maddi yardım verilməsi, regionlarda müntəzəm olaraq təşkil edilən biznes-forumlarda yerli və müxtəlif ölkələrdən olan iş adamları mübadilə aparmaqları və 2015-ci ilin ölkədə "Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sahənin inkişafına mühüm təsir etdi. 

Image result for şirzad abdullayev

Azərbaycanda aqrar sahənin inkişafında mühüm rolu olan dövlət qurumlarından biri də Sahibkarlığa Kömək Milli Fondudur. 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı Fərman "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olmuşdur. 

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin "Əsrin müqaviləsi” ilə əsasını qoyduğu yeni neft strategiyası respublikamızın iqtisadi inkişafını sürətləndirdi. Bu strategiyanın nəticəsi olaraq 2005-ci ildən dövlət büdcəsinə milyardlarla vəsait daxil olmağa başladı. 

2009-cu ildə dövlətimizin rəhbəri İlham Əliyev cənablarının imzaladığı fərmanla "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda yenidən dəyişikliklər edildi. Fərmana əsasən Fondun kiçik, orta və böyük həcmdə verilən kreditlərinin miqdarı və zamanı artırıldı. Əlbəttə ki, bu Fərman qeyri- neft sektorunun dirçəldilməsinə ciddi təkan oldu.

Məhz bundan sonra ölkədə Fondun dəstəyi ilə yüzlərlə fermer təsərrüfatları, sənaye kompleksləri- fabriklər yarandı...

Ancaq təəsssüflər olsun ki, bəzi fermer təsərrüfatları dövlətin aqrar sektorda apardığı islahatlardan, ayrılan güzəştli kreditlərdən sui-istifadə hallarına yol verərək ciddi formada talançılıqla məşğuldurlar. Bu cür maxinasiyaların baş verdiyi müəssisələrdən biri də Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən "Qara inək” MMC-dir. 

AzFakt.com saytı olaraq öncə onu bildirək ki, "Qara inək” MMC heyvandarlıq kompleksi 2008-ci ildə Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən Əfətli kəndi ərazisində yaradılıb. 


"Qara inək fermer təsərrüfatı” MMC-yə dövlət nə qədər pul ayırıb?

Kompleksin təsisçisi Fuad Əyyubzadənin o zaman mətbuata verdiyi açıqlamaya görə, (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=22322) kompleksin inşasında Avropa texnologiyasından istifadə edilmişdir. 

"Bir-biri ilə sıx əlaqəli olan istehsal və xidmət sexləri Almaniyanın "GEA" şirkətinin bir mərkəzdən idarə olunan yüksək məhsuldarlığa malik avadanlıqları ilə təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 2 milyon 800 min manatdır. Daxili imkanlarımızı səfərbər etməklə yanaşı, güzəştli şərtlərlə kredit də götürmüşük. Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 100 min manat həcmində götürdüyümüz kredit, sözün həqiqi mənasında, karımıza gəldi. Odur ki, qısa müddət ərzində böyük işlər görmüşük. Artıq kompleksdə heyvanların sayı 600 başa çatmışdır. Hamısı da yüksək məhsuldar cinsdən olan inəklərdir. "Holstin-friz" və "Aberdin Anqus" cinsli inəklər bol süd verir. İnəklərin cins tərkibini saxlamaq üçün yalnız süni mayalamadan istifadə olunur. Bir gündə 25 litrədək süd verən inəklərin orta illik məhsuldarlığı 7.500 litrə çatır. Biz hələ işin başlanğıcındayıq, ən yaxın vəzifələrimiz cins heyvanların sayını 1000 başa çatdırmaqdır. Növbəti mərhələdə kiçik süd emalı zavodunun inşasını, yem təsərrüfatı yaradılmasını nəzərdə tuturuq...”

Əlbəttə, burada dövlətin cəbhə zonasında yaradılan fermer təsərrüfatına 1 milyon yüz min manat güzəştli kredit verməsi təqdirəlayiqdir. Ancaq sonradan baş verən hadisələr onu göstərdi ki, iqtisadi baxımdan bu düzgün olmayan qərar olub. 

Ermənilər neçə inək öldürdü, 11, 12, yoxsa...?

Məlum olduğu kimi 2016-cı ilin aprel ayında Ermənistanın atəşkəs rejimini pozmasına görə cəbhədə döyüşlər başladı. Tarixə "aprel döyüşləri” kimi düşən bu qısamüddətli müharibədə ordumuz böyük şücaət göstərərək işğal edilmiş bir sıra ərazilərimizi azad etdi. Ordumuza yenildiyinin fərqində olan Ermənistan ordusu o zaman cəbhə zonasında olan yaşayış məntəqələrimiz atəşə məruz qoydu. "Aprel döyüşləri” ərəfəsində ermənilərin atdığı mərmilərdən bir neçəsi də Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən "Qara inək” MMC-nin fermasına düşdü. 

Dəyən ziyan ilə bağlı heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə 2016-cı ilin aprel ayının 28-də "Report”a açıqlama verərək fermer təsərrüfatına ciddi ziyan dəydiyini, kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan öldüyünü, 19-nun isə yaralandığını bildirmişdi. (https://report.az/dagliq-qarabag/agdamda-sirket-binasina-qrad-ve-top-mermisi-dusub - oxu -red).

Bu açıqlamadan 1 gün sonra – aprelin 29-da Fuad Əyyubzadə müəssisəyə dəymiş ziyanla bağlı rəsmi agentlik olan AzərTAC-a açıqlama verərək aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi nəticəsində cins inəklərdən 12-sinin tələf olduğu, 25 baş iribuynuzlunun yaralanmasını demişdir
(https://azertag.az/xeber/Ermenistan_silahli_quvveleri_aprelin_27_den_28_ne_kechen_gece_Afetli_kendine_60_dek_mermi_atib-947387).



Göründüyü kimi müəssisə rəhbərinin 1 gün fasilə ilə dəymiş ziyanla bağlı mətbuata verdiyi açıqlamalarda rəqəmlər arasında ciddi uyğunsuzluq var. Belə ki, 2016-cı ilin aprel ayının 28-də Fuad Əyyubzadə 11 inəyin öldüyünü, 19 inəyin isə yaralandığını bildirir. Ancaq bir gün sonra AzərTAC-a açıqlamasında ölən inəklərin sayı 12-ə çatır. Məntiqlə yaralanmış 19 inəyin sayı da 18-ə enməli olduğu halda, bu dəfə 25-ə çatır...

Ancaq bu rəqəmlər hələ də son deyil, necə deyərlər, dövlətin görəcəyi hələ qarşıdadır. 

"Ölən" inəklərin sayı 200-ə qalxdı, yarımmilyon borc silindi

Bu ilin yanvar ayının 29-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına dair konfrans təşkil edildi. Dövlət başçısının da iştirak etdiyi konfransda respublikanın fərqli regionlarından olan təsərrüfat sahibləri ilə yanaşı, "Qara inək fermer təsərrüfatı”nın rəhbəri Fuad Əyyubzadə də çıxış etdi. 

Fuad Əyyubzadənin konfransdakı çıxışının bir hissəsini oxucularımıza təqdim edirik: "2016-cı ildə mənfur düşmənin təxribatına cavab olaraq başlanmış və tariximizə şanlı səhifələr yazmış Aprel döyüşləri zamanı qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq onu böyük itkilərlə geri çəkilməyə məcbur etdi. Həmin döyüşlərdə düşmən dinc əhalinin evləri ilə yanaşı, bizim təsərrüfatımızı da hədəfə almış və atdığı mərmilərin 6-sının təsərrüfatın ərazisinə düşməsi nəticəsində 200 başadək cins heyvan tələf olub, elektrik yarımstansiyası, sağım və gübrəsəpən aqreqatlar, soyuducu sistemlər və digər avadanlıqlar sıradan çıxıb, tikililər yararsız hala düşüb”. 



Göründüyü kimi sahibkarın 20 ay əvvəl ölkənin rəsmi agentliyi olan AzərTAC-a verdiyi açıqlamada ölən inəklərin sayı 12 göstərilsə də, sonradan ölü inəklərin sayı 200-ə qədər "artıb”. Bunun nəticəsində isə Prezident İlham Əliyev cənablarının humanistliyindən sui-istifadə edərək dövlətin ayırdığı 460 min manatlıq borc silinib...



Məntiqi sual meydana çıxır: "Aprel döyüşləri" zamanı erməni silahlılarının atdığı raket atəşi zamanı ölən inəklərin sayı 12 göstərildiyi halda necə oldu ki, bu rəqəm sonradan 200 oldu? Lap o zaman yaralanan 25 inəyin sayını da ölənlərə əlavə etsək, axı, yenə 200 yox, 37 edir...
 
Məsələyə qarşı tərəfin - "Qara İnək fermer təsərrüfatı" MMC-nin münasibətini öyrənmək üçün yazılı sorğu göndərdik. 

Ağdamlı sahibkar konfransda prezidentə yalan söyləyib? - MÜƏMMA+VİDEO
Fuad Əyyubzadə

Müəssisə rəhbərliyi tərəfindən saytımızın ümail ünvanına daxil olan cavab məktubunda deyilir: "Sizin electron məktubla bizə göndördiyiniz məqalənin layihəsində göstərdiklərinizlə bağlı nəzərinizə çatdırmaq istərdim ki, həmin məqalədə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, bizə məxsus olan və Ağdam rayonunun Əfətli kəndində yerləşən heyvandarlıq kompleksinə 2016-cı ilin aprel ayının 28-də erməni hərbi qüvvələri tərəfindən atəş açılması nəticəsində 6 ədəd qrad mərmisi düşdükdən sonra kompleksdə çoxlu sayda ana mal, buzov və danalar yerindəcə tələf olmuşdur. Hadisə gecə baş vermiş, bu zaman ərazi şiddətli artileriya atəşinə məruz qaldığından orada heç kim olmamışdır. İşıqlaşanda atəş dayandıqdan sonra işçilərimiz təsərrüfata qayıtdığı zaman orada heyvanların tələf olduğunu və ağır yaralandığını, tövlələrin, iş otaqlarının, işçilərin yaşayış otaqlarının dağıldığını, sağım avadanlığı, soyuducu avadanlığın, peyin qarışdıranın, maşınları çəkmək üçün qapanın, müşahidə kameraları sisteminin, ofis avadanlıqlarının, mebellərin, təsərrüfatın daxilində olan elektrik xətlərinin sıradan çıxdığını müşahidə etmişlər. Bütün bunlar çoxsaylı yerli və xarici jurnalistlər tərəfindən mətbuatda işıqlandırılmışdır. Sonrakı günlərdə ağır yaralanmış bir neçə heyvan da tələf olmuşdur. Buna görə də ilkin tələfat sayında göstərilənlərlə sonrakı günlərin məlumatı fərqlənir. Eyni zamanda çoxlu sayda heyvanın kiçik qəlpə yarası alması, bədənində qəlpə qalması ilə əlaqədar orqanizmində iltihab baş verməsi müşahidə olunmuş və həmin heyvanlar sonrakı günlərdə məcburi kəsimə verilmişdir. Ölən və yaralanan inəklərin sayı təxminən 65 baş olmuşdur. Ətraf kəndləri qidalandıran elektrik yarımstansiyasına mərmi düşməsi nəticəsində elektrik təchizatı dayanmışdır. Daxili elektrik xətlərinin yararsız hala düşməsi və sağım avadanlığının mərmi düşməsi nəticəsində sıradan çıxması nəticəsində sağmal inəkləri 3 gün sağmaq mümkün olmamışdır. Sonrakı günlərdə portativ sağım avadanlığı alınmaqla inəklərin sağılmasına başlanmış, lakin gecələr atəşkəsin pozulması ilə bağlı ərazidə olmağın təhlükəli olması ilə əlaqədar xeyli müddət inəklər gündə 2 dəfə əvəzinə 1 dəfə sağılmışdır. 3 gün inəklərin sağılmaması və sağım rejiminin pozulması nəticəsində inəklərin döşündə mastit xəstəliyi meydana gəlmiş və bu səbəbdən çoxlu sayda inəyin döşü sıradan çıxmışdır. Qapalı tövlələrdə mərmi partlaması nəticəsində bəzi heyvanlarda kontuziya meydana gəlmişdir. Qeyd olunan səbəblərdən çoxlu sayda inəklər mərmi düşən zaman ölməsə və yaralanmasa da südçülük və damazlıq məqsədi üçün öz yararlığını itirmişdir və südçülük təsərrüfatı məqsədi üçün yarasız vəziyyətə düşmüş və bunula bağlı olaraq sonrakı bir neçə ay ərzində sıradan çıxmışdır. Ölən, yaralanan və döşünün xarab olması nəticəsində yararsız hala düşərək sıradan çıxan heyvanların sayı təqribən 200 baş təşkil etmişdir. Qeyd olunan məlumatları nəzərə almağınızı xahiş edirəm".
 

Qeyd edək ki, AzFakt.com saytı olaraq biz baş verənlərlə bağlı İqtisadiyyat nazirliyinə, Kənd Təsərrüfatı nazirliyinə, Sahibkarlığa Kömək Milli Fonduna"Aqrolizinq" ASC-yə də rəsmi sorğu göndərmişik. 
 
Ümid edirik ki, bu rəsmi qurumlar da baş verənlərlə bağlı obyektiv açıqlama verəcəklər. Və eyni zamanda bu məsələnin araşdırılması üçün yəqin ki, ölkənin hüquq mühafizə orqanları da müvafiq tədbir görəcəklər.
 
Mövzunu diqqətdə saxlayacağıq.

AzFakt.com






Xəbərin oxunma sayı : 2422




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap