Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağlımızı itirməmək üçün nə yeməliyik? –Şüur zəifləməsinə qarşı “möcüzə qida“lar (SİYAHI)

Tarix 21.08.18, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada ağıl zəifləməsi (demensiya) hallarının sayı 47,5 milyona çatıb. Bu nisbətin sürətlə artığı halda demensiyanın qidalanma ilə əlaqəsi mövzusunda araşdırmalar olduqca məhduddur.

Son illərdə qırmızı şərabdan qəhvəyə, şokoladdan şampana qədər bir çox qida və içkini “ağıl zəifləməsinə qarşı möcüzə qida” kimi xarakterizə edən xəbər başlıqlarına rast gəlinir. Belə xəbər başlıqlarının yayıldığı bir vaxtda The Food Programme-dan Sheila Dillon mütəxəssislərlə görüşərək bu mövzuda məlumatları toplayıb.

Əslində heç bir qida və ya içki möcüzəvi təsir göstərmir. Əhəmiyyətli olan sağlam və balanslı qidalanmaq, çoxlu tərəvəz, meyvə, zeytun yağı və əsasən balığın üstünlük təşkil etdiyi Aralıq dənizi pəhrizini tətbiq etməkdir.

Bunun müsbət təsiri yalnız demensiya baxımından deyil, ümümilikdə sağlamlıq üçün də mühümdür. Lakin demensiya baxımından bu yeddi nüansa diqqət yetirmək faydalı ola bilər:

Həftədə ən azı bir dəfə balıq yemək böyük faydanı verir.
 

Çiyələk və qaragilə kimi antioksidant maddəsiylə zəngin meyvələrin təfəkkür geriləməsini gecikdirdiyi sübut edilib.
Gündə 30 qram çərəz ilə yulaf, qarğıdalı, qabıqlı düyü, çovdar, darı kimi tam taxıl məhsullarının zülal və mineral baxımından zəngin olduğu qədər demensiyaya qarşı da faydalı olduğuna inanılır.
İspanaq və digər yaşıl tərəvəzlərin zehni geriləməni zəiflətdiyi məlumdur.
Zəif təfəkkür problemi olan insanlara B vitamini verildiyində əhəmiyyətli irəliləyişlərin qeyd edildiyi müşahidə olunub.
Kakaonun sinir hüceyrələrini qorumaq təsiri olduğuna inanılır. Şokoladı xoşlayırsınızsa şəkər nisbəti az, kakao nisbəti çox olan məhsula üstünlük verməlisiniz.
Avokadonun tərkibində olan sağlam yağların beyin sağlamlığına yaxşı təsir etdiyi deyilir. (BBC)



Xəbərin oxunma sayı : 556




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap