Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ağstafada “Kalaşnikov”la törədilən qətliam:qan davasının təfərrüatları

Tarix 17.06.19, 16:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub.Hadisə iki nəsil arasındakı qan davasından qaynaqlanıb

Belə ki, 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar Musayevlər ailəsi ilə Süleymanovlar ailəsi arasında münaqişə yaranıb.

Fermer təsərrüfatı ilə məşğul olan hər iki ailə həm Sadıqlı kəndində, həm də “Ceyrançöl” adlanan ərazidə qonşu olublar. Ailələr arasında dərinləşən münaqişə 2007-ci ildə 2 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin 2 iyun 2007-ci ildə bununla bağlı yaydığı rəsmi məlumatda bildirilib: “Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar – rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada vəfat edib, Talehin vəziyyəti isə ağırdır. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.

Bu olaydan 12 il sonra bu gün – iyunun 17-də səhər saatlarında Ağstafa rayonunun Böyük Kəsik kəndində ailələr arasındakı münaqişə yenidən faciə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib.

Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə “Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirin E.Süleymanovun açdığı güllər daha 4 nəfəri də yaralayıb.

Bunlar 1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu, 1999-cu il təvəllüdlü Abdullayev İbrahim Rasim oğlu, 1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu və 1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğludur.

Sadıqlı kəndindən aldığımız məlumata görə, hadisəni törədən Elnur Süleymanov atası öləndən sonra fermer təsərrüfatını daha da genişləndirib. O, sakit təbiətli, zəhmətkeş adam kimi xarakterizə olunur. Subaydır. Ailədə 2 qardaş, 2 bacıdırlar.

Ölən qardaşlar isə ailəli olublar. Qardaşlardan biri az müddət əvvəl, ötən ilin sonunda həbsxanadan çıxandan sonra ailə qurubmuş. Digər qardaşları Rüfət Musayev isə 2007-ci ildəki qətl hadisəsi ilə bağlı hələ də həbsxanadadır.



Xəbərin oxunma sayı : 232




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap