Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AAYDA 700-ə yaxın şəxsin fəhlə ştatı üzrə işə qəbuluna başlayır - Agentlik açıqlama yaydı

Tarix 08.04.20, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.

Agentlikdən APA-ya verilən məlumata görə, sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə – Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.

Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikinsinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap