“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ-ın İrana qarşı koalisiya yaratmaq cəhdi…- Rəsmi Tehran narazıdır

Tarix 10.08.19, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın İrana qarşı koalisiya yaratmaq cəhdi rəsmi Tehran tərəfindən birmənalı qarşılanmayıb.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İran körfəzdə öz təhlükəsizliyini təmin etməkdə tərəddüd etməyəcək.

Azərtac xəbər verir ki, M.C.Zərif körfəzin İranın milli təhlükəsizliyində prioritet təşkil etdiyini bildirib. O qeyd edib ki, körfəz region dövlətlərinə həyat verən şah damardır və İran uzun müddətdir dəniz nəqliyyatının təhlükəsizliyinə təminat verib.

Xatırladaq ki, ABŞ-ın hərbi gəmilərinin körfəzə daxil olması rəsmi Tehranın narahatlığına səbəb olub. Nazir hesab edir ki, hərbi gəmilərin körfəzə daxil olması İrana təzyiqləri artırmaq xarakteri daşıyır. Onun sözlərinə görə, İranın hərbi donanması ABŞ-ın istənilər təxribatının qarşısını alacaq və hərbi münaqişənin məsuliyyəti rəsmi Vaşinqtonun üzərinə düşəcək.

İranın Böyük Britaniyaya məxsus neft tankerini saxlamasının nəticəsi olaraq rəsmi London da ABŞ-ı dəstəkləməyə başlayıb. İran mətbuatının yazdığına görə, ABŞ-ın ardınca Böyük Britaniyada nüvə razılaşmasından çıxmağa hazırlaşır ki, bu da qarşıdurmanın daha da şiddətlənməsinə gətirib çıxaracaq.

Lakin bütün bunlara baxmayaraq, İran öz siyasətini dəyişməyəcəyini, nüvə tədqiqatlarını davam, raket proqramını isə inkişaf etdirəcəyini bəyan edir.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap