Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin rəhbəri:“Rusiya kiber casusluq əməliyyatlarını artırır“

Tarix 14.09.17, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya kiber məkanda aqressiv davranışından geri çəkilmir, əksinə Birləşmiş Ştatlara qarşı daha aqressiv şəkildə fəaliyyət göstərir.

Strateq.az "Amerikanını Səsi"nə istinadla xəbər verir ki, bunu ABŞ kəşfiyyatının ən yüksək səviyyəli rəsmilərindən biri bildirib.

“Rusiya kiber məkanda tamamilə aydın şəkildə daha aqressiv davranış formalarından istifadə edərək, kiber casusluq əməliyyatlarını artırır və kompüter şəbəkələrindən oğurlanmış informasiyanın sızdırılması ilə məşğul olur”, – ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru Dan Kouts bildirib.

O, Rusiyanın kiber əməliyyatlarının miqyası və hədəfləri ilə bağlı detalları açıqlamasa da, müxtəlif ölkələrdə ictimai fikrə təsir göstərməyə çalışan daha çox sayda oyunçuların cəlb olunduğu barədə xəbərdarlıq edib.

“Əleyhdarlar internetdən “əks-səda effekti” kimi istifadə etməyə çalışır. Bu da informasiya, ideyalar və ya məlumatların təkrar vasitəsilə daha da gücləndirilməsindən ibarətdir. Onların məqsədi bizim təsisatlarımıza inamı azalmaq, ya da birlik naminə zorakılığa yol verməkdən ibarətdir”, – Dan Kouts Vaşinqtonda "Billington" Kiber Təhlükəsizliyə dair sammitdə çıxışında bildirib.

Milli Kəşfiyyat Agentliyinin direktorunun sözlərinə görə, hakerlər daha çox ABŞ-ın müdafiə sənayesini öz hədəflərinə çevirir.

“Bu kimi müdaxilələr, oğurluq, ya da casusluq məqsədilə edilsə də, Birləşmiş Ştatlara qarşı kiçik kiber hücum törətmək istəyən əleyhdarlar tərəfindən səhvə yol verilməsi qarşısIalınmaz ciddi və hətta fəlakətli nəticələrə gətirib çıxara bilər”, – o bildirib.

Yanvar ayında açıqlanan hesabatda ABŞ-ın kəşfiyyat agentlikləri Rusiya prezidenti Vladimir Putinin 2016-cı il prezident seçkilərində o zaman namizəd olmuş Donald Trampın xeyrinə müdaxilə etmək məqsədilə presendenti olmayan “müdaxilə kampaniyası”nı şəxsən sanksiyalaşdırdığı haqda nəticə çıxarıb.

ABŞ prezidenti seçildikdən sonra Tramp dəfələrlə bu nəticələri sual altına alaraq, Rusiyanın məsuliyyət daşıdığına dair əsaslı dəlillərin olmadığını deyib.

Lakin bununla belə, keçən həftə Facebook şirkətinin apardığı daxili təhqiqat nəticəsində Rusiya ilə əlaqəsi olan 470 hesab tərəfindən keçən il prezident seçkiləri zamanı minlərlə siyasi reklamın maliyyələşdirildiyi aşkar edilib.

Facebook bildirib ki, təhqiqat həmçinin “Rusiyada yaradılmış ola bilən” daha 2200 reklamın mövcud olduğunu müəyyən edib. Buraya “IP ünvanları Birləşmiş Ştatlarda olan, lakin rus dilindən istifadə edilən hesablar tərəfindən alınmış reklamlar” da daxildir.

Bu səhifələrin hamısı bağlanıb.

Senatın Kəşfiyyat Komitəsinin sədri, demokrat senator Mark Uorner keçən həftə təhlükəsizliyə dair konfransda xəbərdarlıq edib ki, “bu tapıntılar aysberqin görünən hissəsi ola bilər”. Qanunvericinin sözlərinə görə, Rusiyanın Tvitter və Google kimi sosial media platformalarından istfadə edə bilməsi mümkündür.

 



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap