Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ-ın yeni hərbi büdcəsi Türkiyə və Rusiya əleyhinədir

Tarix 14.08.18, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp ölkəsinin 2019-cu ilə olan müdafiə büdcəsini təsdiq edib. Sənəd Arizona ştatından olan senator, Rusiyanın qatı düşməni Con Makkeynin şərəfinə adlandırılıb.

Xatırladaq ki Donald Tramp özü bu büdcəni ordunun yenidən qurulmasında atılan addımlardan biri olaraq dəyərləndirib.

Bilindiyi kimi, 716 milyard dollarlıq büdcənin 2,6 faizi hərbi qulluqçuların maaş və digər ödəmələrinə ayrılacaq. Yeni büdcə ilə silahlı qüvvələrin sayı da artırılır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, büdcədən 13 yeni döyüş gəmisinin tikintisinə 24,6 mliyard dollar ayrılıb. 7,6 milyard dollar isə 77 F-35 yeni nəsil təyyarələrinin alınmasına yönələcək.

Sənəddə ən diqqət çəkən xüsusiyyət isə onun Rusiya əleyhinə bir sıra tədbirlərin görülməsini nəzərdə tutmasıdır.

Картинки по запросу US NAvy

Belə ki, yeni büdcə ilə ABŞ kiçik nüvə başlıqlı yeni raketlərin istehsalını, Şərqi Avropada hərbi mövcudluğunu artırmağı, öz müttəfiqlərinə, xüsusilə Ukraynaya ciddi yardımlar ayırmağı planlayır.

Həmçinin büdcə qanununda Rusiya ilə imzalanan Açıq səma haqqında müqavilənin dondurulmasını da nəzərdə tutulur.

ABŞ hərbi büdcəsində Türkiyə-Rusiya hərbi əməkdaşlığının önünün kəsilməsi üçün tədbirlər planlanıb. Yeni qanun Ankaraya Rusiyadan S-400 raketləri almaqdan vaz keçməsinə qədər F-35 təyyarələrinin satılmasınıı yasaqlayır.

Digər yandan mətndə Pentaqonun Türkiyə-ABŞ münasibətləri ilə bağlı 90 gün ərzində yeni raport hazırlanması tələbi yer alıb.

Картинки по запросу F-35 turkey

Qeyd edək ki, ABŞ liderliyində NATO ölkələrinin 5-ci nəsil F-35 qırıcı təyyarələrinin istehsal proqramına Türkiyə 2002-ci ildə qatılıb və bu layihəyə külli miqdarda pul yatırıb. Ankara ən az 100 ədəd “F-35 Lightining II” təyyarəsi almağı planlayırdı.

Maraqlıdır ki, Türkiyə əleyhinə bu cür davranışa ən çox büdcəni idarə etməli olan qurumun başçısı, yəni müdafi naziri Ceyms Mettis qarşı çıxır.

C.Mettis iyulun 7-də Konqresə yazıdğı məktubunda Tükriyəyə F-35 təyyarəlrinini satılmasının qadağan olunmasının əleyhinə olduğunu bildirmiş və “bunun tədarük prosesində çətinliklər törədə biləcəyini və təyyarənin qiymətini artıracağını” dilə gətirmşdi.

Image result for Ceyms Mettis

Sonda onu qeyd edək ki büdcə qanunu Nümayəndələr palatasında 359 lehinə, 54 əleyhinə, Senatda isə 87 lehinə, 10 əleyhinə kimi səs çoxluğu ilə qəbul edilmişdi.(musavat.com)



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap