Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ-da koronavirus anti-rekordu:Pfizer peyvəndi qeydiyyatdan keçirməyə tələsir

Tarix 20.11.20, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 19-da ABŞ-da koronavirusa yoluxma hallarının sayında növbəti rekord qeydə alınıb. BioNTech və Pfizer kompaniyaları COVID-19 peyvəndinin təsili istifadəsinə icazə almaq üçün onu hakimiyyət orqanlarına təqdim etməyə hazırlaşır.

Cons Hopkins Universitetinin məlumatına görə, ötən 24 saatda ABŞ-da 187 min 833 yoluxma halı aşkarlanıb, 2015 xəstə həyatını itirib. Əvvəlki yoluxma rekordu (184 min) ötən həftə müşahidə olunmuşdu.

Bununla yanaşı, Amerikanın Pfizer və Almaniyanın BioNTech şirkətləri koronavirus peyvəndindən təsili istifadə olunmasına icazə almaq üçün bu gün aidiyyəti idarəyə sorğu göndərmək niyyətini elan ediblər. Qeyd olunur ki, əhalinin risk qrupları arasında vaksindən istifadə edilməsinə dekabrın ortalarında, yaxud sonunda başlanıla bilər.

Birləşmiş Ştatlarda pandemiyanın əvvəlindən bəri 11 milyon 719 minə yaxın yoluxma və 252 mindən çox ölüm halı baş verib, 4,4 milyondan artıq koronavirus xəstəsi isə sağalıb. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir(azərtac).



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap