Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ-da yaxalanan rus casusunun yeni əlaqələri üzə çıxıb –Maria Butina yüksək rütbəli məmurlarla görüşlərə qatılıb

Tarix 23.07.18, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya üçün casusluqda ittiham olunan Maria Butinanın düşünüldüyündən daha yüksək səviyyəli kontaktları varmış. O, 2015-ci ildə Vaşinqtonda səfərdə olan rusiyalı məmurla Birləşmiş Ştatların iki yüksəkçinli rəsmisinin görüşə qatılıbmış. Görüş ABŞ Federal Ehtiyatlar Sistemi və Xəzinədarlıq Departamentində keçirilib. Xəbəri “Reuters” agentliyi yayıb.

Həmin görüşlər barədə onlardan xəbərdar bir neçə nəfər və Vaşinqtondan bir beyin mərkəzi açıqlama verib. Rəsmilərin isə FED-in ozamankı vitse-sədri Stanley Fisçer və xəzinədarlıq rəhbərinin beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Nathan Şeets olduqları bildirilir.

Butina 2015-ci ilin aprelində Rusiya Mərkəzi Bank sədrinin müavini Alexander Torşinlə birlikdə Birləşmiş Ştatlara səfər edib. Onlar Fisçer və Şeets ilə ayrı-ayrı görüşlər keçirərək keçmiş prezident Barak Obama administrasiyası dövründəki ABŞ-Rusiya iqtisadi münasibətlərini müzakirə ediblər.

“Reuters” yazır ki, bu iki görüş barədə əvvəllər məlumat yox idi və onlar Butinanın Amerikanın siyasi liderləri və xüsusi maraq qrupları ilə yüksək səviyyədə kontaktlar yaratdığını ortaya qoyur.

Ötən cümə günü Butina-nın vəkili Robert Driscolldan bu görüşlər haqda souruşublar, o, ayrıntılara malik olmadığını deyib.

Fisçer və Şeets ilə görüşü Vaşinqtondakı Milli Maraq Mərkəzi (Center for the National Interest) təşkil edib. Bu mərkəz ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasını dəstəklədiyini bildirib. Qurumun rəhbəri Paul Saunders 2016-cı ilin dekabrında yenicə prezident seçilmiş Donald Trampı Rusiyayla gərginliyi azaltmağa çağırmışdı. Qurumun eyniadlı dərgisində üzvləri Birləşmiş Ştatların Rusiyayla qarşıdurmasının, yaxud Avrasiyada münaqişələrdə iştirakının bədəli barədə xəbərdarlıq edirlər.

“Reuters” mərkəzin hesabatında sözügedən görüşlər haqda məlumat gördüyünü qeyd edir.

29 yaşlı Butina ötən həftə həbs olunub. ABŞ prokurorları onun Rusiya kəşfiyyatı ilə əlaqələri olduğunu bildirir. Butina isə Rusiya üçün casusluq etmədiyini deyir. Onun bu çərşənbə günü məhkəmə qarşısına çıxarılacağı gözlənir.



Rusiyanın xarici işlər naziri ötən şənbə ABŞ dövlət katibinə deyib ki, Burina “saxta ittihamlar”la saxlanıb və buraxılmalıdır.

Butinanın çalışdığı bildirilən Torşinin isə Rusiya prezidenti Vladimir Putinlə sıx münasibətləri olduğu vurğulanır. Butina Vaşinqtonda müxtəlif tədbirlərdə onun üçün tərcüməçilik edib.

Fisçer “Reuters”ə emailində Torşin və tərcüməçisi ilə görüşdüyünü təsdiqləyib. O, detalları, yaxud tərcüməçinin Butina olub-olmamasını xatırlamayıb, amma söhbətin “Rusiya iqtisadiyyatının durumu”nu əhatələdiyini, Torşinin də mərkəzi bank sədrinin müavini olduğunu qeyd edib.

ABŞ prokurorları Butinanı iki amerikalı və bir Rusiya rəsmisi ilə əlbir olaraq Birləşmiş Ştatların Rusiya siyasətinə təsir göstərməyə çalışmaqda, Milli Silah Assosiasiyasına (NRA) nüfuz etmək cəhdində suçlayır. NRA prezident Donald Trumpda daxil olmaqla respublikaçı siyasətçilərlə sıx əlaqələri olan nüfuzlu silah təşkilatıdır.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır. Tramp və Putin ittihamları rədd edir.

(Azadlıq radiosu)






Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap