Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

ABŞ-da yeni prezident-baş prokuror qovğası

Tarix 15.02.20, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Donald Tramp: “İstənilən cinayət işinə qarışaram”

ABŞ-da prezident Donald Trampla baş prokuror Uilyam Barr arasında yeni münaqişə törəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı özünün Tvitter sosial şəbəkəsindəki mikrobloqunda istədiyi cinayət işinə qarışacağını bəyan edib.

Bununla o, ABŞ-ın baş prokuroru (həm də ədliyyə naziri-red.) Uilyam Barrın Ağ Evdən gələ biləcək hər hansı müdaxilənin yolverilməzliyi barədə söylədiyi sözlərə cavab vermiş olub.

“Baş prokuror Barr mənim ona hansısa cinayət işi barədə xahiş etmədiyimi söyləyib. Lakin bu mənim Prezident kimi qanuni olaraq qarışmayacağım anlamına gəlməz. Mən sadəcə lüzumsuz yerə bu işlərə müdaxilə etməmişəm”,-deyə Trampın tvitində yazılıb.

“Reuters” agentliyinin məlumatına əsasən baş prokuror Uilyam Barr prezidentlə şəxsi söhbətlərində onun tvitlərinin Ədliyyə nazirliyinin işinə mane olduğunu deyib.

Daha sonra Uilyam Barr ABC kanalına müsahibəsində əslində bu xəbəri inkar etməyib. O, Donald Trampın sosial şəbəkədə ölkənin hüquq-mühafizə orqanlarına hücumunun qurumun işini “imkansız” hala gətirdiyini bildirib. “Cənab prezident bu tvitlərinə son qoymalıdır”,-deyə Uilyam Barr cəsarətli çıxış edib.

Baş prokuror jurnalistin prezidentin onun sözlərinə neqativ reaksiya göstərə biləcəyi sualını “əlbəttə” deyə cavablandırıb.
“Lakin heç kim, nə Konqres, nə hansısa qəzetin redaksiyası, nə də prezident mənə təsir göstərə bilməz”,-deyə Uilyam Barr söyləyib.



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap