Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ-dakı erməni lobbisi prezidentliyə namizədə qarşı çxır –Kirsten Cillibrand Türkiyəpərəst olmaqda ittiham olunur

Tarix 20.01.19, 13:46

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Erməni Milli Komitəsi (AEMK) Nyu-York ştatından demokrat senator  Kirsten Cillibrandın 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olmaq qərarına qarşı  bəyanatla çıxış edib.

Xarici KİV-lərin yaydığı məlumata görə, ABŞ-da ermənilərin maraqlarını təmsil edən ən böyük təşkilat-AEMK K.Cillibranda qarşı çıxmasını onun, guya Türkiyəyə rəğbət bəsləməsi ilə əsaslandırıb.

“Senator Kirsten Cillibrandın Nyu-Yorkun erməni icmasında əndişəyə səbəb olan təşəbbüsləri dəstək üzrə acınacaqlı təcrübəsi var. O, Senatda heç vaxt “ermənilərin soyqırımı” (buradakı və sonrakı dırnaqlar bizimdir – virtualaz.org) üzrə hər hansı qətnaməni dəstəkləməyib, bu cinayəti qınamaq tələbi ilə prezidentə göndərilən heç bir məktubu imzalamayıb və 24 apreldə Senatda heç vaxt çıxış etməyib. O həmçinin Türkiyə-Amerika İttifaqı tərəfindən təşkil olunan və “soyqırımı” inkar edən konfranslarda çıxış edib. Bundan başqa, o, Türkiyənin çox gözəl tarixi barədə danışıb”, – deyə bəyanatda bildirilir.

Kirsten Cillibrand özünün ABŞ prezidentliyinə namizəd olmaq qərarını CBS telekanalının efirində elan edib. Senator ABŞ-da ümumi səhiyyə sisteminin yaradılmasını, həmçinin dövlət məktəblərinin və işçilər üçün ixtisasartırma sisteminin inkişafını dəstəkləyən fikirlər səsləndirib.

Prezident postuna başqa iddiaçılar arasında ekspertlər Massaçusets ştatından senator Elizabet Uorrenin, keçmiş konqresmen Beto O’Rurkanın, Bermont ştatından senator- 2016-cı il prezident seçkilərində Demokratlar partiyasından namizəd olmaq üçün Hillari Klintonla rəqabət aparmış Berni Sandersin,  Nyu-Cersi ştatından senator Kori Bukerin və Minnesotidən senator Emi Klobuşarın adlarını çəkirlər..

Xatırladaq ki, Demokratlar partiyasının qurultayı, hansında ki, prezident postuna namizəd rəsmən irəli sürüləcək, 2020-ci ilin 13-16 iyulunda olacaq. ABŞ prezidentinin 59-cu seçkiləri isə 3 noyabr 2020-ci ildə keçiriləcək. (Virtualaz.org)



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap