Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ-dan Almaniyaya çağırış:“Qoşunlarınızı Türkiyə sərhədinə göndərin“

Tarix 07.07.19, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Almaniyanı Suriyanın şimal-şərqinə quru qoşunları göndərməyə çağırıb.

Bu barədə “ Welt am Sonntag” qəzetinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri məlumat verib.

Vaşinqton Suriyanın şimal-şərqindən ABŞ qoşunlarının bir hissəsini Almaniya hərbçilərinin əvəzləməsini istəyir. C. Ceffri bu məsələni artıq Almaniya hökuməti ilə müzakirə etdiyini açıqlayıb: “Almaniya bu istiqamətdə nə edə biləcəyi barədə düşünür. Bu, quru qoşunları, yaxud mülki, maliyyə və digər hərbi formada dəstək ola bilər” .

Qeyd edək ki, keçən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Suriyadakı ABŞ qoşunlarının çıxarılacağını bəyan edib. C. Ceffri isə deyib ki, ABŞ hazırda Suriyada koalisiyada qalmaq istəyən müttəfiqlər tapmağa çalışır.  Vaşinqton müttəfiqlərdən Suriyanın şimal-şərqində bir neçə yüz hərbçi yerləşdirməsini gözləyir: “Müttəfiqlərdən ilk növbədə terrorçularla mübarizə gözlənilmir. İŞİD terrorçularını Suriya qoşunlarının köməyi ilə kənara atmaq olar. Müəyyən səviyyədə beynəlxalq iştirak lazımdır ki, havadan dəstək təmin edilsin, təlim və texniki yardım olsun. Almaniyanın iştirakı Suriyada sabitlik üçün zəruridir”.

C. Ceffri ABŞ və Türkiyənin Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması barədə danışıqlar apardığını da nəzərə çatdırıb.

Qeyd edək ki, Suriyanın şimal-şərqi ABŞ və koalisiya qüvvələrinin dəstəklədiyi PYD/YPG-nin nəzarətindədir. PYD/YPG PKK terror təşkilatının Suriya qolu sayılır, bu təşkilatın aparıcı simaları PKK terror təşkilatının tanınmış üzvləridir. Bu səbəbdən də Türkiyə Suriyanın şimal-şərqində PYD/YPG qüvvələrinin mövcudluğu ilə barışmayacağını bəyan edib və ilk addım olaraq sərhəddən 32 km dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını vacib sayır. Ankara əks halda Afrin bölgəsində olduğu kimi Suriyanın şimal-şərqində, sərhədləri boyu yerləşən ərazilərin PYD/YPG qüvvələrindən təmizləyəcəyini bəyan edib. /APA



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap