Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ-dan Pakistanın kürəyinə bıçaq zərbəsi:“Biz indi sizə düşmənik, Hindistanla bir yerdəyik” – TƏHLİL

Tarix 27.08.17, 0:50

Font ölçüsü : - / +
bitmap-img6


Qayaxan Uyğur

"Güneş" (Türkiyə), 24.08.2017


ABŞ hökuməti deyir ki, bundan belə Cənub Asiyada onun əsas müttəfiqi Hindistan olacaq. Pakistan 1979-cu ildən onun sadiq tərəfdarı idi, ABŞ və səudlarla birlikdə Əfqanıstanda müharibə aparılması üçün “Əl-Qaidə” terror təşkilatına muzdlular hazırlayıb və buna görə də xeyli müxtəlif problemlərlə üzləşib. İndi isə kürəyindən bıçaq zərbəsi alır. Bir vaxtlar nə Əfqanıstanda terrorizm var idi, nə də Pakistanda. Bütün terrorçu təşkilatları ABŞ və səudlar yaradıb, indi isə günahı bu toxumların səpildiyi torpaqların ayağına yazırlar.

Hadisələrin necə inkişaf etdiyinə əsasən, görünür, Əfqanıstandakı oyuncaq rejimi “Taliban”dan Amerika və Hindistan hərbçiləri qoruyacaqlar. Türkiyə də bu durumda bu bölgədə NATO-çu missiyasını dayandıracaq. Axı Hindistan hərbçilərinin Əfqanıstan torpağına gəlişi zəlzələ effekti yaradacaq. XIX əsr hadisələri və Britaniya müstəmləkəçilərinin hind hərbçiləri ilə birgə Əfqanıstana hücumu Əfqanıstan müsəlmanlarının kollektiv yaddaşında önəmli yer tutur. Lakin ABŞ-ın nə planlaşdırdığından asılı olmayaraq, Hindistanın bu qarmağa düşüb-düşməyəcəyi məlum deyil. Hindistanlıların çox da sevmədiyi Çinin Pakistana dəstəyi üzündən güman etmək olar ki, onlar “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edəcəklər, lakin durum tam bu cür deyil.

Hindistanda Rusiya və Britaniyanın nüfuzu yetərincə güclüdür. Rusiya Çini tam dəstəkləməsə də, Vaşinqtonla Pekin arasındakı gərginlikdə sonuncuya daha yaxındır. Böyük Britaniya öz növbəsində tədricən ABŞ-dan uzaqlaşır. Hətta rusların Əfqanıstanda “Taliban”a yardım etdikləri nəzərə alınsa, onlar Hindistanı da Pakistanla yaxınlaşmağa təhrik edə bilərlər.


ABŞ hegemoniyası dağılır

 
Son aylar müşahidə olunan Rusiya-Çin yaxınlaşması elə bu səviyyədə davam etsə, onda bu iki güc Pakistanla Hindistanı tam barışdıra bilər. Deməli, keçən aylarda bu iki qonşu ölkə Çin və Rusiyanın birlikdə aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatına qoşulub.

Ekspertlərin fikrincə, Trampın Pakistanı Hindistanla hədələmək cəhdləri nəinki təkcə arzuladığı nəticəyə yetmək imkanı verməyəcək, birbaşa əks nəticə yaradacaq. Digər tərəfdən, danışılır ki, Amerika administrasiyasının Əfqanıstanda heç cür uğura nail ola bilməyən və çətin durumda qalmış bəzi simalarının hətta Pakistanı düşmən elan etmək layihələri var. Qərb  KİV-ləri qeyd edir ki, Pakistanı, az qala, “terrorizmin sponsoru olan dövlət” elan etməyə hazırlaşırlar, amma Tramp bu cür təkliflərə qarşı çıxır.


Çin fəaliyyətdədir


Diqqətçəkəndir ki, Trampın çıxışından sonra növbəti gün Çin Xarici İşlər Nazirliyi rəsmi təmsilçisi Pakistanın ünvanına mədhiyyə nitqi ilə çıxış edib. Çin təmsilçisi deyib ki, “Pakistan terrorizmlə müharibənin ön xəttindədir”, “bu meydanda böyük qurbanlar verib” və ABŞ-ı Pakistanın önəmini etiraf etməyə çağırıb.

Bölgədə mühüm geopolitik gerçəklik sıradakından ibarətdir: ABŞ Pakistanı özünə qarşı qaldırsa, Əfqanıstandakı hərbçilərinə logistik dəstəyi təmin edə bilməyəcək, çünki quru yoluna Pakistandan savayı alternativ yoxdur. Və bu dəstək olmasa, Əfqanıstandakı oyuncaq rejim və oradakı Amerika hərbçiləri effektivliyini tezliklə itirəcəklər.

Asiya ittifaqı


ABŞ-ın Pakistana onsuz da tədricən azalan hərbi yardımı təcrid etməsi və Pakistana F16 təyyarələri verməkdən imtinası fonunda Pakistan bir çox baxımdan Çinlə yaxınlaşıb. Çin keçən il Pakistana 60 milyard dollar yatırıb. Tramp düşünüləni etsə və Pakistana hərbi yardımı tam dayandırsa, bu, ABŞ üçün dönməz nəticələrə çevrilə bilər.

Pakistan generalı Cavid Bacvanın "Centcom Vоtel"in komandanına dediyi kimi, “Pakistan təkcə hərbi yardım məsələsindən deyil, ABŞ-a uzun illərlik xidmətinin bir anda unudulduğundan narahatdır”.

ABŞ dövlət katibi Reks Tillerson isə deyib: “Bundan sonra Pakistanla münasibətlər döyüş meydanındakı nəticələrdən asılı olacaq”.

Eyni zamanda Pakistan müdafiə naziri Havaca Asıf deyib ki, ABŞ-ın 2001-ci ildən Əfqanıstana müdaxiləsindən sonra onun ölkəsi terrorizimə görə 70 min nəfər itirib, bununla belə, Amerika hökuməti öz uğursuzluqlarına görə təqsiri başqalarının üzərinə qoyur.

ABŞ bir tərəfdən Pakistana basqını gücləndirir, digər tərəfdən Əfqanıstanda hazırda 8,4 min nəfər hesablanan hərbi kontingentini dörd min nəfər artırmaq və müntəzəm hava bombardmanları keçirməyi planlaşdırır. Lakin ABŞ nə edir-etsin və hətta Hindistanın bütün hərbçilərini özüylə gətirsə də, tam mənada bu ölkəyə yiyələnə bilməz.  Bu gün dünyada istisnasız olaraq bütün islam ölkələrində ABŞ-ın törətdiyi münaqişələr baş verir. Qara Afrikadan Əfqanıstana qədərki bölgə – Liviya, Somali, Sudan, Yəmən, Suriya, İraq, Əfqanıstan de-fakto qismən və yaxud tamamilə işğal edilib. Aydın olur ki, ABŞ indi Pakistanı da növbəyə qoyur. Amma unutmaq lazım deyil ki, bu ölkənin nüvə silahı var. Bundan savayı, Pakistana nisbətdə Amerika təhdidi buna bəhanə olacaq ki, dəstək qismində milyonlarla Çin hərbçisi gələcək.

Şok


Pakistan xeyli illər ABŞ-ın tərəfdarı olub, indi isə eşidir: “Biz indi sizə düşmənik, biz Hindistanla bir yerdəyik”.

Yaşanan şok yaxşı bir dərsdir. Pakistanın müxalif liderləri də bu duruma qəzəblə qıcıq verirlər. Onlardan biri – keçmişdə kriket oyunçusu İmran Xan çox yaxşı sözlər deyib: “Gəlin, nəhayət, ağıllanaq və dollara şirniklənib başqalarının əvəzinə vuruşmayaq”…

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 196




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap