Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ 40 il əvvəl baş vermiş zorlamanı bağışlamır

Tarix 21.08.17, 1:39

Font ölçüsü : - / +
bitmap-img6


"The Guardian" yazır ki, hakim məşhur kinorejissor Roman Polanskinin zorladığı qadının xahişini rədd edib. Qadın məhkəməyə müraciətində rejissorun bağışlanmasını istəyirdi

Lakin baş hakim Scott Gordon-un hökmündə deyilir ki, Polanski ədalətdən qaçaq olaraq qalır və ona qarşı cinayət işinin bağlanması qurbanın öz marağında deyil.

Milli.Az BBC-yə istinadən bildirir ki, Polanski onu 1977-ci ildə Los Angeles-də zorlayanda Samantha Geimer-in 13 yaşı olub.

Geimer-i zorladığını etiraf edən Polanski 42 gün məhkəməyədək təcridxanada saxlanmışdı. Lakin bundan sonra rejissor Birləşmiş Ştatlardan qaçmış və müstəntiqlərlə dil tapmağa çalışmışdı. Hüquq-mühafizə orqanları onunla sövdələşməni rədd etmiş və bildirmişdi ki, əksinə indi qaçaq Polanskini daha ağır cəza gözləyə bilər.

84 yaşlı rejissor o vaxtdan bəri heç vaxt ABŞ-a qayıtmayıb.

Geimer Los Angeles-in Ali Məhkəməsinə müraciətində bildirib ki, rejossuru bağışlayıb və ailəsi ilə birlikdə mərhəmət zəminində onun barəsində işə xitam verilməsini istəyir.

Hazırda Havayda yaşayan üç uşaq anası Geimer iyun ayında demişdi ki, Polanski ondan illər öncəsi üzr istəyib, lakin o, özünü medianın diqqətinə görə qurban hesab etməyə məcburdur.

"The Guardian" yazır ki, Birləşmiş Ştatların bu yaxınlarda Polanskinin ekstradisiyası üçün Polşa və İsveçrəyə müraciəti cavabsız qalıb.

Polanskinin vəkilləri deyirlər ki, rejissor ABŞ-a baş çəkərək arvadı, aktrisa Sharon Tate-in məzarını ziyarət etmək istəyir.

Sharon Tate 1969-cu ildə Charles Manson təriqətçiləri tərəfindən qətlə yetirilib.

Onun barəsində cinayət işinin olmasına baxmayaraq Polanskinin rejissor kimi karyerası həmişə yüksəlişdə olub.

O 2003-cü ildə Holokostdan bəhs edən "Pianoçu" filminə görə Oscar mükafatına layiq görülsə də, mükafatı almaq üçün Birləşmiş Ştatlara səfər edə bilməyib.

Polanskinin vəkilləri təəccüblərini gizlədə bilmirlər:

"Bu işin 40 illik tarixi var və həm 84 yaşlı cavabdeh, həm də 50 yaşlı zərəçəkmiş işə xitam verilməsini istəyirlər. Məsələ bu qədər bəsitdir...".



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap