Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ “İran-Rusiya-Suriya neft şəbəkəsi”nə sanksiya tətbiq edib

Tarix 21.11.18, 17:12

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ “İran-Rusiya-Suriya neft şəbəkəsi”nə sanksiya tətbiq edib.

AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran, Rusiya və Suriyada fəaliyyət göstərən neft şəbəkəsini “terror təşkilatlarından maliyyələşdirilmə” iddiası ilə sanksiya siyahısına daxil edib. Rusiyanın dövlətə məxsus bir şirkəti, eləcə də iranlı səlahiyyətlilərin də aralarında olduğu 5 nəfər və 4 qurum Suriya rejiminə, “Hizbullah” və “Həmas” təşkilatlarına maliyyə dəstəyi verdikləri üçün sanksiyaya məruz qalacaqlar.

Rəsmi Tehranın sanksiya siyahısına daxil edilən Rusiya şirkətləri ilə birgə Suriya hökumətini neftlə təmin etdiyi iddia olunur. Suriyanın isə bunun əvəzində İran İnqilab Keşikçiləri Korpusu, “Hizbullah” və “Həmas”a milyonlarla dollar transfer etdiyi bildirilir.

Bundan başqa, Suriya vətəndaşı Muhammed Amer Alchwik və mərkəzi ofisi Rusiyada yerləşən “Global Vision Group” həmin neft şəbəkəsində aparıcı rol oynadığı üçün sanksiya siyahısına daxil edilib. Siyahıda, həmçinin İran Mərkəzi Bankının beynəlxalq əlaqələr üzrə direktoru Rasul Sajjadın və onun müavininin də adları var.

Maliyyə Nazirliyinin şərhində “Global Vision Group”un İran neftini Suriyaya Rusiya Energetika Nazirliyinin tərkibinə daxil olan “Promsyrioimport” adlı şirkətlə iş birliyi sayəsində satdığı bildirilir. Bundan başqa, “Mir Business Bank” və “Tadbir Kish Medical and Pharmaceutical Company” şirkətlərinin qeyri-qanuni pul köçürmələri üçün istifadə edildiyi iddia olunur. Həmin üç şirkət də ABŞ-ın sanksiya siyahısına daxil edilib.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap