Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ “yumşaldı”, “F-35“-lərin əvəzinə “F-16“ təklif edir – Ərdoğan açıqladı

Tarix 18.10.21, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Birləşmiş Ştatlar onun ölkəsinin "F-35" proqramına yatırımının qarşılığında "F-16" qırıcıları satmağı təklif edib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 “Lockheed Martin” istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın modernizasiya dəsti istəyib. Qərbi Afrikaya səfərə yollanan Ərdoğanın jurnalistlərə dediyinə görə, Türkiyə "F-35" proqramına sərmayənin qarşılığını istəyir və bu məsələ üzrə danışıqlar gedir: “Biz "F-35"-lər üçün 1.4 milyard dollar ödəniş etmişik və ABŞ bu ödənişlərin əvəzində belə bir təklif irəli sürüb”.

Ərdoğan bununla bağlı ölkənin müdafiə ehtiyacları üçün gərəkən addımlar atmağa hazır olduqlarını dilə gətirib. O, yeni "F-16" qırıcılarının ölkənin hava donanmasını inkişaf etdirəcəyini söyləyib.

Onu da xatırladaq ki, Ankara “Lockheed Martin Corp.” istehsalı olan 100-dən çox "F-35" qırıcısı sifariş etmişdi. Ancaq 2019-cu ildə Rusiyadan S-400 havadan müdafiə sistemləri alandan sonra ABŞ Ankaranı bu proqramdan çıxardı.

Ərdoğan Bayden administrasiyasına təzyiq göstərirdi ki, ya ordusu üçün hazırlanmış iki "F-35"-i versin, ya da 1.4 milyard dolları qaytarsın.

Türkiyənin 200-dən çox "F-16" qırıcısının istismar müddəti 2035-ci ilədək bitir. 100-ə yaxın təyyarəyə yenilənmə lazımdır.

Son beş ildə bu iki NATO müttəfiqinin münasibətləri Suriya siyasəti, Ankaranın Moskva ilə yaxınlaşması, Aralıq dənizinin şərqində donanma ambisiyaları, Türkiyənin dövlətə məxsus bankına ABŞ-ın ittihamları, Türkiyədə insan haqlarının pozulması səbəbindən gərginləşib.

Ankaranın S-400 sistemləri alması ABŞ-ın sanksiyalarına səbəb olub. 2020-ci ilin dekabrında Vaşinqton Türkiyənin Müdafiə Sənayesi Direktorluğunu və onun başçısı İsmayıl Demiri, üç işçisi ilə birlikdə qara siyahıya salıb.

O vaxtdan ABŞ Türkiyəni dəfələrlə Rusiyadan silah almasıyla bağlı xəbərdarlıq edib. Ərdoğan isə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasına ehtiyac olduğunu vurğulayıb. Bu addım Vaşinqtonla gərginliyi dərinləşdirə bilər.

Qırıcı təyyarə məsələsinə baxacaq ABŞ Konqresinin Türkiyəyə münasibəti isti deyil. Hər iki partiya Bayden administrasiyasının Ankaraya əlavə təzyiq göstərməsinə çalışır. Ankara isə Bayden dönəmində daha yaxşı əlaqələrin qurulacağına ümid edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap