Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ Avropaya İsrail qazını təklif edir- Rusiya qazına alternativ kimi

Tarix 12.12.18, 22:44

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Avropa üçün Rusiya qazına alternativ variant kimi İsrail qazını təklif edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Dövlət Katibinin köməkçisi Frank Fannon İsrailin Avropanın təbii qaz nəql edə biləcəyini deyib: “Avropaya səfərim zamanı Aralıq dənizinin şərqindəki ölkələrə getdim. Hazırda İsrail qazını Misirə və İordaniyaya nəql edən boru kəməri fəaliyyət göstərir. Bu qaz potensial olaraq Avropaya da nəql edilə bilər”.

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün təhlükə olduğunu deyən F.Fannon bütün ölkələri bu layihəni tərk etməyə çağırıb.

O, “Şimal axını 2”nin Rusiyanın Avropaya təsir göstərmək üçün siyasi vasitə olduğunu iddia edib.

Qeyd edək ki, ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.





Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap