Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ bankları bitkoini qadağan edir – Kriptovalyuta üçün çətin zamanlar

Tarix 05.02.18, 17:03

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyanın kriptovalyuta bazarı əməliyyatlarını fiziki şəxslərin hesabları ilə aparılmasını məhdudlaşdırmasından sonra bir "zərbə" də ABŞ-dan gəldi.

ABŞ-ın ən böyük maliyyə qurumlarından “JPMorgan Chase & Co.”, “Bank of America Corp.” və “Citigroup Inc.”, buraxdıqları kredit kartlarından Bitcoin və digər kriptovalyutaların satın alınmasını qadağan edib. “JPMorgan”ın sözçüsü Mary Jane Rogers, transferlər zamanı yarana biləcək risk səbəbilə bu qərarı verdiklərini deyib.

“Bank of America”dan verlən açıqlamada isə kripto transferlərinin cümə günü dayandırıldığı, qərarın bütün fərdi və korporativ kredit kartlarını əhatə etdiyi, ancaq ATM kartlarına (debet kartları) aid olmadığı qeyd olunub.

“Citigroup”un sözçüsü Jennifer Bombardier isə bazardakı vəziyyətə bağlı olaraq siyasətlərini nəzərdən keçirməyə davam edəcəklərini söyləyib. Bitcoin 18 dekabrdan bu yana dəyərinin yarıdan çoxunu itirib və noyabrdan bu yana ilk dəfə 8 min dollardan aşağı düşüb. Bu sürətli azalmaya getdikcə artan hökumət məhdudlaşdırmaları, manipulyasiya qorxusu və Facebookun kriptovalyuta reklamlarını qadağan etməsi səbəb olub. (Fed.az)



Xəbərin oxunma sayı : 163




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap