Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ Cənub-Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərdi

Tarix 19.02.17, 20:03

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ “Carl Vinson” aviadaşıyıcısı başda olmaqla, gəmilər qrupunu Cənub-Şərqi Çin dənizinə göndərib.

Bu barədə ABŞ hərbi-dəniz qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, aviadaşıyıcı zərbə qrupu fevralın 18-dən Cənub Şərqi Çin dənizində patrul xidmətinə başlayıb.

Zərbə qrupuna “Carl Vinson” aviadaşıyıcısı ilə yanaşı, “Aegis” zenit-raket kompleksi ilə təchiz olunmuş “Wayne E. Meyer” minadaşıyan eskadra gəmisinin də daxil olduğu bildirilir.

Regiona göndərilənədək qrupa daxil olan gəmi və təyyarələrin Havay və Quam adaları rayonunda hərbi əməliyyatlarla bağlı təlimlər keçdiyi qeyd edilir. Bununla yanaşı, qrupun Quama daxil olma və Filippin dənizində əməliyyatlar üzrə təlimlər keçdiyi də deyilir. Qrupun komandiri kontr-admiral Ceyms Kilbi bəyan edib ki, son həftələrdə keçirilən təlimlər hərbi hazırlığın keyfiyyətcə yüksəldilməsinə xidmət edib. C.Kilbi vurğulayıb ki, qrup Hind-Asiya-Sakit okean regionunda müttəfiqlər, tərəfdaşlar və dostlarla birlikdə həmin bacarıqları nümayiş etdirməyə hazırdır.

Xatırladaq ki, ABŞ-ın yeni dövlət katibi Reks Tillerson da vəzifəsinin icrasına başlamazdan əvvəl bəyan etmişdi ki, ABŞ Cənub Çin dənizində Çinə mübahisəli adalarla bağlı hərəkətlərinin yolverilməzliyi barədə “aydın siqnal” göndərməlidir. O, həmçinin Çin tərəfindən dənizdə salınan süni adaları qeyri-qanuni adlandırmışdı.(AzərTAc)



Xəbərin oxunma sayı : 73




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap