Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə... Rəqqasə Renkadan erotik rəqs – VİDEO Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO
Axtar
 
  • / Maqazin / — 04 Mart 2019

    Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto

  • / Maqazin / — 03 Mart 2019

    Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə...

  • / Maqazin / — 25 Fevral 2019

    Rəqqasə Renkadan erotik rəqs – VİDEO

  • / Maqazin / — 24 Fevral 2019

    Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO

  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

ABŞ dövlət katibi:“Türkiyəni dəstəkləyirik“

Tarix 10.01.19, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında deyib.

“ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçilərimizi çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur. Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”, – M.Pompeo bildirib.

O, jurnalistin “Türkiyə və “kürdlərlə” (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur -red.) əlaqələri necə quracaqsınız” sualına cavabında bildirib: “Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur – red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir”.

Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib.

Qeyd edək ki, ötən il Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığından sonra ABŞ Prezidenti ölkə hərbçilərinin Suriyadan çıxması barədə sənədi imzalayıb.

Yanvarın 9-da isə ABŞ Prezidentinin milli məsələlər üzrə müşaviri Con Bolton Türkiyədə səfərdə olub.



Xəbərin oxunma sayı : 133

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda