“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ Dövlət katibinin Avropaya səfəri ləğv olundu - Pompeo ilə görüşmək istəməyiblər

Tarix 13.01.21, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamenti müddətini baş vurmaqda olan prezident Donald Tramp administrasiyasının son böyük xarici səfərini ləğv edib. Dövlət Departamenti yanvarın 12-də bildirib ki, dövlət katibi Mayk Pompeonun Brüsselə və onunla qonşu Lüksemburqa ikigünlük səfəri hakimiyyətin növbəti administrasiyaya “rəvan və qaydalı” şəkildə ötürülməsinə mane olmamaq məqsədilə qrafikdən çıxarılıb.

Yeni prezident seçilmiş Co Bayden vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq. Xəbər verilir ki, səfərin ləğv edilməsi yanvarın 6-da Konqres binasında baş vermis zorakılıqlara görə Trampın vəzifədən uzaqlaşdırılması cəhdlərindən sonra baş verir. Demokrat millət vəkillərinin təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair qətnaməyə səsvermə Nümayəndələr Palatasında yanvarın 12-də keçirilməliydi.

Pompeo Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Belçika liderləri ilə görüşməli, daha sonra Lüksemburqa qısa səfər etməliydi. 

Bir Lüksemburq rəsmisi adının çəkilməməsi şərtilə AFP agentliyinə deyib ki, Pompeonun səfəri Lüksemburqun xarici işlər naziri Jan Asselborn Tramp barəsində “kriminal” və “siyasi piromanyak” (bilərəkdən yanğın törətməklə müşayiət olunan psixi pozğunluq - red) sözlərini işlədəndən sonra təxirə salınıb.

Pompeonun özü 3 noyabr seçkisində Trampın məğlubiyyətinə baxmayaraq prezidentin ikinci müddətə hakimiyyətdə qalacağını söylədiyinə görə tənqid olunur. Pompeo Konqresdə baş verən zorakılığı pisləsə də, Trampı dəstəkləməkdə davam edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap