Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ diplomatından Qarabağ açıqlaması:“Cenevrə görüşü mühüm bir siqnal oldu“

Tarix 10.11.17, 2:21

Font ölçüsü : - / +
bitmap-img6


"Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu".

Bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.

Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".

Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar, oktyabrın 16-də Cenevrədə Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin sammit sonrası verdiyi birgə bəyanatı alqışlayır.

Onun sözlərinə görə bu sammit Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu: "Biz şadıq ki, prezidentlər təmas xəttində gərginliyin azaldılması üçün dərhal lazımi tədbirlər görməyə razılaşıblar və biz tərəfləri bu müsbət təkana əsaslanmağa çağırırıq".

Daha sonra Kamian tərəflərin 2016-ci ilin may və iyun aylarında müvafiq olaraq Vyana və Sankt-Peterburq sammitlərində razılaşdırılmış tədbirləri yerinə yetirmək çağırışını bir daha təsdiqlədi: "Tərəflər Sədrin şəxsi nümayəndəsinin dəftərxanası tərəfindən nəzarətin genişləndirilməsi haqqında razılığa gəliblər ki, bu da son nəticədə 2018-ci il üçün ATƏT-in büdcəsində əksini tapa bilər. Birləşmiş Ştatlar həmçinin tərəfləri ATƏT-in araşdırma mexanizminin yaradılması barədə təklif üzərində işləməyə çağırır".

Trend



Xəbərin oxunma sayı : 151




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap