Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ əfqan taliblərinin narkobiznesi ilə bacara bilmir – Araşdırma

Tarix 03.03.18, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Əşrəf Heydəri

"National Interest" (ABŞ), 02.03.2018


BMT-nin Narkomaniya və Cinayətkarlıqla Mübarizə İdarəsi (YUNODK) 2017-ci ilin noyabrında Əfqanıstanda tiryək istehsalının  2016-cı illə müqayisədə 87% artdığı və doqquz min tona çatdığı göstərilən illik icmal dərc edib. Tiryək xaşxaşının becərilməsi üçün istifadə olunan ərazi 328 min hektara qədər böyüyüb.

Həqiqətən də, indiki anda Əfqanıstan hökuməti, ABŞ və müttəfiqlərinin üzləşdiyi narkotiklər istehsalı və başqa problemlər uzun illər ərzində mövcud olub. Bunlar bir gecədə meydana çıxmayıb. Bu problemlərin hamısı Əfqanıstanda taliblərin hakimiyyəti itirdiyi 2001-ci ildən kök atıb.

Ölkədə narkotiklər istehsalı problemi müharibələr, dağıntılar və insan əzablarının son 40 ili ərzində var. Əfqanıstan hökumətinin üzləşdiyi böyük problemlərə baxmayaraq, son bir neçə ildə narkotiklər istehsalından qurtulan əyalətlərin sayını artırmağa nail olub. YUNODK-in məlumatına görə, 2006-da bu cür əyalətlər 6 idisə, 2017-də10 olub. Bu tərəqqi hökumətin möhkəm nəzarət qurduğu, fermerlərə yardım etdiyi və narkotik alverçilərilə mübarizəyə başladığı əyalətlərdə əldə olunub.

Lakin ölkənin dövlət hakimiyyətinin mövqeyi zəif olduğu bölgələrdə tiryək istehsalı çiçəklənir və bu, ABŞ və NATO qüvvələrinin iştirakına rəğmən baş verir. Tiryəkin böyük hissəsi, yəni 95%-i ölkənin cənubi-qərbi, şərqi və şimali-şərqində səkkiz əyalətdə cəmlənib. Bura Gilmənd, Qəndəhar, Fərəh, Nimruz, Uruzqan, Nəngərhar, Bəlx və Bədəxşan daxildir. Bu vilayətlərdə taliblərin və mütəşəkkil cinayətkar qruplaşmaların iştirakı çoxalır. Əlbəttə, Əfqanısatn narkotiklərin qanunsuz dövriyyəsinin öhdəsindən təkbaşına gələ bilməz, ona müttəfiqlərin yardımı gərəkdir.

Narkotiklər satışı Əfqanıstan taliblərinə hər il 200 milyon dollara yaxın pul gətirir. ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Əfqanıstan tiryəki korrupsiyalaşmış məmurlar, narkotik alverçiləri, mütəşəkkil cinayətkar qruplaşmalar və yaraqlılar üçün 60 milyard $-dan çox pul generasiya edən kürəsəl eroin ticarətini bütövlükdə qidalandırır. Görünür, ABŞ hökuməti hərtərəfli qərar almağın zərurətini dərk edir. Keçmiş ABŞ prezidenti Barak Obama qeyri-hərbi yardım formalarının zərurətini bir dəfə vurğulayıb: “Təkcə Kabulda deyil, həm də əyalətlərdə güvənlik, imkanlar və ədalətin təmini üçün bizə kənd təsərrüfatı mütəxəssisi və müəllimlər, mühəndis və hüquqşünaslar gərəkdir. Əfqanıstan hökumətinə xalq qarşısında öz borcunu yerinə yetirmək və yasaqlanmış narkotiklərin üstünlük təşkil etdiyi iqtisadiyyatdan qurtulmaqda məhz bu cür yardım edə bilərik”.

Əfqanıstanda narkotiklərə qarşı mübarizədə ən yaxşı silah dövlət idarəçiliyinin tədrici, lakin davamlı yaxşılaşdırılması, qanunun aliliyinin tətbiqi, güvənlik səviyyəsinin yüksəldilməsi ola bilərdi. Xaşxaş əkinlərinin məhvi qanunsuz fəaliyyətin səbəblərilə deyil, nəticələrilə mübarizədir. Beynəlxalq praktika göstərir ki, narkotik bitkilərin əkinlərilə mübarizə effektsizdir. Bir bölgədə becərmə sahələrinin azalması başqa bölgədə narkotiklər istehsalının artımını törədə bilər. Bu qayda ilə bütün ölkə üzrə vahid strategiya çərçivəsində eyni zamanda narkotiklərlə mübarizə üzrə səylər göstərilməlidir.

Hər şeydən əvvəl alternativ bitkilər yetişdirmək üçün fermerlərə imkan və zəruri resurslar verilməlidir. Problem bu faktla ağırlaşır ki, Əfqanıstan fermerlərinin əksəriyyəti icarəçidir, buna görə də torpaq sahibləri nəyi yetişdirməyin gərəkdiyini göstərməklə onlara öz şərtlərini diktə edirlər. Fermerlərin bu asılılıqdan qurtulması üçün onların eyni zamanda torpaq və mikrokreditlər hesabına alternativ maliyyələşmə əldə etməsi lazımdır. Alternativ kənd təsərrüfatı bitkilərinin yetişdirilməsini daha gəlirli etməkdən ötrü infrastruktura yatırımlar lazımdır. Bundan başqa, su, toxum və kübrələrdən savayı fermerlər etibarlı yollara və ixracat üçün nəzərdə tutulan məhsulun yerləşəcəyi anbarlara çıxışa malik olması gərəkdir.

Bu gün Əfqanıstanda Kabulu ayrı-ayrı əyalətlərlə birləşdirən getdikcə daha qorxulu dairəvi yoldan savayı fermaları satış bazarlarilə birləşdirəsi özgə yol sistemi yoxdur. Məsələn, qərbdəki Herat əyalətində əvvəllər tiryək xaşxaşı yetişdirən fermerlər hökumətin səyləri sayəsində indi zəfəran becərirlər. Fermerlər 2017-ci ildə, demək olar, 11 ton zəfəran yetişdirib və təxminən, 18 milyon $ qazanıblar. Bir kiloqram zəfəranın dəyəri 18 $-dır. Bununla belə, uğurlara baxmayaraq, taliblər tiryək xaşxaşı yetişdirməyi tələb edərək fermerləri hədələməkdədirlər, zəfəran bazarında manipulyasiya edir, zəfəran əkinlərini genişləndirməkdə Əfqanıstan fermerlərinə mane olurlar.

Amma hətta yuxarıda sözügedən problemlər beynəlxalq dsətəklə tədricən həll olunsa da, transmilli narkotik tacirləri Əfqanıstana nüfuz etmək və qanunun aliliyini pozmağı sürdürəcəklər. Bu beynəlxalq problemin həlli üçün kimyəvi maddə-prekursorların Əfqanıstana axını və narkotik vasitələrin qonşu dövlətlər üzərindən satış bazarlarına ölkədən ixracının qarşını almaq haqda BMT Təhlükəsizlik Şurasının 2008-ci il iyul tarixli qətnaməsi çərçivəsində bölgəsəl əməkdaşlığı fəallaşdırmaq lazımdır.

Tərcümə Strateq.az-ındır.  



Xəbərin oxunma sayı : 322




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap