Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ ən ağır hərbi itkilərdən birini yaşayıb - 24 saat ərzində 6 təyyarəsi hədəfə alınıb

Tarix 04.04.26, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-İsrail koalisiyası İranla davam edən qarşıdurma fonunda son 24 saat ərzində ən ağır hərbi itkilərindən birini yaşayıb. 

Xarici KİV-lərin məlumatına görə,  ABŞ-yə məxsus 6 hava gəmisi hədəfə alınıb, onlardan 3-ü tamamilə yararsız hala düşüb.

Məlumata əsasən, vurulan hərbi hava gəmiləri arasında bir F-15E qırıcı təyyarəsi, bir A-10 “Warthog” hücum təyyarəsi, iki HH-60W helikopteri və bir CH-47 “Chinook” yük helikopteri yer alır.

Hadisələrin ilk mərhələsində F-15E tipli döyüş təyyarəsinin İran hava məkanında vurulduğu bildirilir. Ardınca yaxın hava dəstəyi üçün istifadə olunan A-10 “Warthog” təyyarəsinin Hörmüz boğazı üzərində vurularaq Küveyt ərazisinə düşdüyü qeyd olunur.

Vurulan F-15E təyyarəsinin pilotlarını axtarmaq üçün göndərilən iki HH-60W helikopterinin də hədəfə alındığı, hücum nəticəsində ekipaj üzvlərinin yaralandığı, pilotlardan birinin xilas edildiyi, digərinin isə hələ də itkin düşdüyü bildirilir.

Qeyd olunur ki, baş verən hadisələrdən sonra Küveytdə yerləşən CH-47 “Chinook” tipli yük və hərbi personal daşıyan helikopterin İranın pilotsuz uçuş aparatı tərəfindən vurularaq sıradan çıxarılıb.

Eyni zamanda bir F-16 döyüş təyyarəsinin Küveytə təcili eniş etdiyi, iki KC-135 yanacaq doldurma təyyarəsinin isə fövqəladə vəziyyət siqnalı verdiyi bildirilir. Təyyarələrin texniki vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.



Xəbərin oxunma sayı : 1399




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap