![]() |
|














ABŞ iç savaşa sürüklənir: Kəşfiyyat silahlı iğtişaş mesajı verdi, ordu paytaxta yeridilir
Tarix 15.01.21, 10:08 |
|

Xüsusi xidmət servisləri Trampçıların silahlanaraq, Konqresi və digər önəmli dövlət binalarını ələ keçirməyə cəhd göstərəcəkləri barədə xəbərdarlıq edirlər...
Son hadisələrdən sonra reytinqi artan Donald Trampı həbsxanaya göndərməyin planlarını quran Co Baydenin özü üçün də şok və "soyuq duş" effekti yarada biləcək faktlar ortaya çıxmaqdadır. Texas polisinin həbs etdiyi Co Baydenin seçki komandasının üzvü etiraflara və konkret faktlar üzrə ifadə verməyə başlayıb...
İğtişaşlar silahlı toqquşmalara yol açarsa, ABŞ-ın öz tarixinin 155 il əvvəlki dövrünə geri dönməsindən danışmaq lazım gələcək. Ancaq müasir dövrün vətəndaş müharibəsində dağıdıcı nəticələr keçmişin örnəklərini fantastik səviyyədə üstələyə bilər...
Amerikalıların onilliklər boyu lovğalandıqları bir önəmli nailiyyətləri var idi. Onların ölkəsi demokratiya "istehsal" edə bilirdi. Və "istehsal" etdikləri bu "məhsulu" da xarici ölkələrə "ixrac" edirdilər.
Ən qəribəsi də odur ki, amerikalıların bu "istehsal-ixrac" prosesi onlara əməlli-başlı gəlir də gətirirdi. Çünki ABŞ-ın hədəfindəki dövlətlər bir qayda olaraq, demokratiya və insan haqlarını boğmaqda suçlanırdı. Bu ittihamlar qarşısında duruş gətirə bilməyən dövlətlər çarəsiz qalıb, ABŞ-ın bütün tələblərini yerinə yetirməli olurdu. Nəticədə ittihamlar da bir müddət müvəqqəti olaraq, arxa plana keçirilirdi.
İndi amerikalıların özləri onilliklər boyu başqalarına qazdıqları "demokratiya quyusu"na düşüblər. Həm də "quyu" elə dərin qazılıb ki, çıxa bilib-bilməyəcəkləri hələlik müəyyən şübhələr doğurur.
ABŞ-da baş verən son hadisələr onu göstərir ki, bu ölkədə yırğalanan "demokratiya beşiyi" həmişə ya boş olub, ya içindəki "məxluq" nəfəs almayıb. İndi amerikalılar daha dünyanı sürəkli yırğaladıqları köhnəlmiş "demokratiya beşiyi"nin cırıltısı ilə bezdirə bilməyəcəklər. Bundan sonra onlar öz "demokratiya beşikləri"ni içi boşdursa, zibilliyə atmalı, ya da nəfəs almayan hər hansı "məxluq" varsa, dərhal dəfn etməli olacaqlar.
Məsələ ondadır ki, son baş verənlərdən sonra dünyada daha heç kim o beşiyin cırıltısına qulaq asıb, ciddiyə almaz. Hər halda, ABŞ dünyaya demokratiya anlayışı və məntiqi ilə izah edilməsi mümkün olmayan örnəklər nümayiş etdirir.
Təsəvvür edirsinizmi, bir prezident (Donald Tramp) seçilir. Sonra 4 il bu adam ABŞ-ın əsas beynəlxalq rəqibi Rusiyanın seçkilərə müdaxiləsi ilə hakimiyyətə gətirilmə ittihamıyla ölkəni idarə etməli olur.
Daha sonra yeni bir prezident (Co Bayden) seçilir. Hakimiyyəti ona təhvil verməli olan prezident seçkilərin saxtalaşdırıldığını iddia edir. Və hakimiyyəti təhvil verməyəcəyini bəyanlayır.
Nəticədə daxili siyasi qarşıdurma və böhran başlayır. Hakimiyyətdə olanlar və tərəfdarları kütləvi iğtişaşlar törədirlər. Parlament binasını zəbt edirlər, toqquşmalar nəticəsində 5 nəfər həyatını itirir.
Ardınca hakimiyyətə gəlmək istəyənlər cavab həmləsi edirlər. Əvvəlcə səlahiyyətləri sona çatmamış prezidenti dövlət çevrilişinə cəhddə suçlayıb, onu cəmiyyətindən təcrid edirlər. Dünyanın superdövlətinin faktiki rəhbərinin sosial şəbəkə hesablarını qapadırlar. Adamı dövlətin başçısı olsa da, heç real səlahiyyət daşımayan ingilis kraliçasına çevirirlər.
Bu da yetmir. Prezidentə qarşı impiçment tətbiq edirlər və parlamentdə təsdiqlənməsinə nail olurlar. Yəni, onsuz da yaxın bir həftə içərisində təhvil verməli olduğu dövlət başçısı səlahiyyətləri indidən onun əlindən alınır. Və bu işin sonunun prezident D.Trampın dövləti cinayətdə ittiham olunması ilə həbsxanada bitə biləcəyi də artıq elə bir ciddi şübhələr doğurmur.
Dünya da bütün bunları heyrətlə izləyir. Bəzi beynəlxalq rəqiblərsə, heç şübhəsiz məmnundurlar. Çünki onlar milyardlarla para xərcləsələr belə, nəinki ABŞ-da bu cür ssenarilər reallaşdıra, hətta Hollivudda film belə, çəkdirə bilməzdilər.
Ancaq görünən odur ki, hələ heç də hər şey bitməyib. Bu "Amerika filmi"nin hələ davamı da var. Hər halda, Atlantik Okeanın o tayından atlanıb, dünyaya yayılan xəbərlər həyəcan yaratmaqda davam edir.
Məsələ ondadır ki, Baydençilər (onu hakimiyyətə gətirən dərin güclər) məsələni qısa müddətdə bitirməyə can atsalar da, bu xəmirin hələ çox su aparacağı şübhə doğurmur. Hər halda, Trampçılar (onun hakimiyyətdə qalmasına calışan dərin güclər) əks həmlə şanslarını hələ tam itirməyiblər.
Birincisi, impiçment qərarı hələ qüvvəyə minməyib. Çünki bunun üçün Senatın da Konqresdə qəbul edilən qərarı təsdiqləməsi lazımdır. Zamanı və prosedurları nəzərə aldıqda, deməli, bu, istənilən halda, Bayden hakimiyyəti dönəmində baş verəcək.
Təbii ki, Bayden administrasiyası impiçmentə məruz qalmış prezident D.Trampla bağlı bütün prosedurları tamamlamağa üstünlük verəcək. Bu, yeni prezidentə özündən əvvəlkini həbsxanada yerləşdirmək şansı verə bilər. Və Bayden administrasiyasının bunda maraqlı ola biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, D.Tramp olduqca zəngindir. Onun daxili və xarici biznes əlaqələri də siyasi manevrlər üçün yetərli keyfiyyətdədir. Üstəlik, son hadisələrdən sonra reytinqi sürətlə yüksələn D.Tramp ölkədaxili açıq və yeraltı dəstəyi ilə Bayden administrasiyasına əməlli-başlı başağrısına çevrilmək potensialına sahibdir.
Onu da qeyd edək ki, hətta sosial şəbəkələrdə bloklanıb, ABŞ cəmiyyəti ilə bağlantıları məhdudlaşdırıldığı halda belə, D.Tramp ciddi siyasi faktor rolunu tam itirməyib. Onun tərəfdarlarının son günlər ciddi şəkildə aktivləşdiyi bildirilir.
ABŞ-ın daxili təhlükəsizlik problemlərinə cavabdeh xüsusi xidmət servisləri, o cümlədən də, FBİ ciddi xəbərdarlıq mesajı yayımlayıb. Bu qurumun iddiasına görə, Tramp tərəfdarları növbəti iğtişaşlara hazırlaşırlar. Həm də bu dəfə kütləvi iğtişaşların silahlı toqquşmalarla müşayiət oluna biləcəyi istisna edilmir.
Onu da qeyd edək ki, bu iddialar kifayət qədər inandırıcı görünür. Çünki ABŞ-da hər hansı siyasi qruplaşmanın silahlı iğtişaşlar törətməsi elə də ciddi problem sayılmır. Çünki ABŞ müxtəlif silahların açıq satışda olduğu ölkədir. Və hazırda amerikalıların böyük əksəriyyəti şəxsi silaha sahibdir.
Xüsusi xidmət servislərinin xəbərdarlıq mesajına inansaq, silahlı iğtişaşçılar əvvəlcə yenə də parlament binasını ələ keçirməyə çalışacaqlar. Ardıncasa, digər önəmli dövlət binaları hədəfə alına bilər. Bütün bunların təxminən hakimiyyətin ələ keçirilməsinə yönəlik silahlı əməliyyatlar məzmunu daşıya biləcəyi ehtimalı var.
Üstəlik, yeni prezident Co Baydenin andiçmə mərasimində qan tökülməsinə cəhd göstəriləcəyinə dair operativ kəşfiyyat məlumatlarının olduğu bildirilir. Hətta xüsusi xidmət servisləri təhlükənin kifayət qədər ciddi olduğunu vurğulayaraq, Co Baydenə virtual andiçmə mərasimi keçirməyi məsləhət görürlər.
Eyni zamanda, təhlükəli situasiyanın ciddiyi nəzərə alınaraq, paytaxt Vaşinqtona artıq 20 minə yaxın Milli Qvardiyanın əsgərləri yeridilib. Onların bir hissəsinin Konqresin və digər önəmli dövlət binalarında yerləşdirildiyi bildirilir.
Göründüyü kimi, Trampçılar hakimiyyəti elə də asanlıqla təhvil vermək niyyətində deyillər. Onlar yeni prezidenti hakimiyyətə buraxmamaq üçün bütün mümkün imkanları sınaqdan çıxarmağa çalışırlar.
Onu da qeyd edək ki, Trampçılar Co Baydenin legitim prezident olduğuna ciddi şübhələr yaratmaq üçün hətta hüquqi qaynaq da təşkil ediblər. Belə ki, Texas polisi Co Baydenin seçki komandasının rəsmi üzvü Rachel Rodruquezi həbs edib. Ona qarşı seçki saxtakarlığı ittihamı irəli sürülüb. Həbs edilən şəxs seçkilərdə saxtakarlıq etdiyini boynuna alıb və artıq konkret faktlar üzrə ifadə verməyə başlayıb.
Təbii ki, bu, Baydençilər üçün şok yaradacaq və "soyuq duş" effekti verə biləcək bir hüquqi reallıqdır. Çünki indi yeni prezidentin legitimliyi müzakirə və mübahisə mövzusudur. Əgər, həbs edilən şəxs ifadələrini daha da dərinləşdirərsə, bu dəfə Co Bayden üçün də impiçment təhlükəsi yarana bilər.
Onu da qeyd edək ki, Texas polisinin seçki saxtakarlığı faktlarını ictimailəşdirməsi hadisələrin istiqamətlərini Trampçıların xeyrinə dəyişə bilər. Çünki artıq onlar ölkənin taleyini qeyri-legitim prezidentə təslim etməmək üçün kütləvi etiraz hüququna sahibdirlər.
Ancaq burada bir önəmli məqam da var. Belə ki, kütləvi etiraz hüququ silahlı iğtişaşlara çevrilərsə, bu, ölkənin iç savaşa da sürüklənməsinə də yol aça bilər. Bu haldasa, ABŞ-ın öz tarixinin 155 il əvvəlki dövrünə geri dönməsindən danışmaq lazım gələcək. Və müasir dövrün vətəndaş müharibəsində dağıdıcı nəticələr keçmişin örnəklərini fantastik səviyyədə üstələyə bilər. (Yeni Müsavat)
Xəbərin oxunma sayı : 388
loading...
Dünya
Xəbərlər
-
Azərbaycanlı rəqqasə soyunub qarlı havaya çıxdı - VİDEO
-
Benzema derbidə oynayacaq? - Zidan açıqladı
-
Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?
-
Direktorluğa namizədlərin imtahanı dayandırıldı - Nazirlikdən açıqlama
-
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu
-
“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA
-
Vergi Xidməti Real TV-nin sahibini məhkəməyə verdi – 2,8 milyon manata görə...
-
Ucuz avtomobildən çox, bahalıdan az rüsum alınır - Müqayisəli statistika
-
Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı - Açıqlanıb
-
QHT-lər parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib - İlk dəfə
-
Bir gündə 353 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
-
DİN-dən bir qrup qadının 8 Mart aksiyası ilə bağlı - XƏBƏRDARLIQ
-
Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
-
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama
-
Sabahdan hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ
-
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
-
“Qurultayın qərarından məyus olsam da...“ - Əli Həsənovdan açıqlama
-
Fransa səfiri Füzulidə gördükləri barədə:“Bu, çox təsiredici haldır“
-
“Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq“ - Mövlud Çavuşoğlu
-
Hacıbala Abutalıbov Bakıdan köçüb - “Villa tikdirib və indi orada yaşayır
-
Dövlət proqramlarının qiymətləndirilməsi təkmilləşdiriləcək – Fərman
-
“Bura Allahın evidir, amma ermənilər burada heyvan saxlayıblar“ - Əşrəf Adəm
-
Moskva Qərbin sanksiyalarına cavab hazırlayır – “Biz də onları təəccübləndirəcəyik”
-
Dünyanın ilk kosmik oteli... - FOTOLAR
-
Prezident Azərbaycan qadınlarını təbrik edib - MƏTN
-
Mingəçevir xəstəxanasıda hər gün 1400 manatlıq yemək yeyilir – 426 minlik müqavilə
-
“Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər” - Prezidentin köməkçisi
-
Zəngilanın Qaradərə kəndi - VİDEO
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
-
Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı
-
Vilayət Eyvazovdan növbəti təyinat - FOTO
-
“Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir“ - Gürcü immunoloq
-
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək - Bu gün
-
Qələbimizə aparan yol
-
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür - Dünyasını dəyişməsindən 66 il ötür
-
Bu gündən ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək – Martın 9-dək
-
Aktrisa Pərvin Abıyevanın seksual libası - FOTO
-
200 min nəfər Ermənistanı tərk etmək istəyir - Böyük miqrasiyanın başlanğıcı
-
Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant - VİDEO
-
“Elmar Vəliyev deyilənləri dərk etmir, fikrini çatdıra bilmir“ - Məhkəmə işi
-
YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
-
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib – Sərəncam
-
“Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq“ - Dövlət başçısı
-
Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı (VİDEO)
-
Naxçıvanda bir sıra qadınlar təltif edildilər - SİYAHI
-
“Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik“ - İlham Əliyev
-
Magistraturada açılması nəzərdə tutulan yeni ixtisaslar - SİYAHI
-
Azərbaycanda qızıl və gümüş ucuzlaşır –Qiymət
-
Prezident Fərman İMZALADI
-
Tokio olimpiadası yenidən təxirə salınmayacaq – Təşkilat Komitəsi
-
“Rusiya tezliklə ABŞ vətəndaşlarının stop-listini açıqlayacaq” – Zaxarova
-
“Əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olmalıyıq” - Dövlət başçısı
-
Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə
-
YAP İdarə Heyətinin yeni üzvlərinin - SİYAHISI
-
Mikayıl Cabbarov Azərbaycanın bir sıra Avropa ölkələrini qabaqlamasından yazdı - FOTO
-
Azərbaycan xarici ölkələrə 39.3 milyon manat yardım edib - Pandemiya ilə bağlı
-
“Adam gərək dəli olsun ki, oraya pul qoysun“ - Azərbaycan Prezidenti
-
YAP-ın Təftiş Komissiyasının yeni tərkibi - SİYAHI
-
Xəzər icra hakimiyyətində əməliyyat – Şöbə müdiri həbs edildi (FOTO)
-
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı – Məhkəmə qərarı
-
Ağdamın Tağıbəyli kəndi - VİDEO
-
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi
-
Qar yağacaq, temperatur 5-10 dərəcə düşəcək - Xəbərdarlıq
-
Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsidir
-
Mübariz Mənsimova beş il cəza verildi - Ona elektron qolbaq taxılacaq
-
YAP-ın rəhbərliyindən uzaqlaşdırılan Ramiz Mehdiyevdən açıqlama - VİDEO
-
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb - FOTO
-
Sülhpərvər dövlətin davamlı siyasəti
-
“Biz reallıqlar yaradan ölkəyik“ - Prezident
-
“Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq” – İnfeksionist
-
Rektor YAP-dakı vəzifəsini itirdi - Onun yerinə Bahar Muradova seçildi
-
Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək – ADY
-
YAP-ın İdarə Heyətinin yeni üzvləri - Siyahı
-
“Təhsil müəssisələrinin fəaliyyətini təmin etmək üçün peyvənd olunma zəruridir” – Nazir
-
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı - Qərar
-
Hikmət Hacıyev İsrailə təşəkkür edib:“Bir həyatı xilas edən bütün dünyanı xilas edir“
-
“I qrup və digər əlillik qrupları əmək qabiliyyətsiz sayılmır” – Agentlik sədri
-
Multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların dünyada alternativi yoxdur
-
Azərbaycanda peyvənd olunanların sayı 350 mini keçib – Operativ Qərargah
-
Qaydaları pozan Şəbnəm: “Məndən çox cərimə ödəyən yoxdur“
-
YAP-ın qurultayından yeni məlumatlar - “İştirakçılar eyni zala toplaşmayıb...“
-
Karantin qaydaları yenidən sərtləşdirilir? - Brifinq keçiriləcək
-
“Prezident Aparatından bir nəfər zəng edib mənə başsağlığı vermədi...” - Oğlu şəhid olan xalq artisti
-
“Zalların açılması nazirliyin icazəsi ilə deyil” – Fərid Mansurov
-
Bir gündə 4 avtomobil qaçıran şəxs saxlanıldı - FOTO
-
Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - RƏSMİ
-
Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər - VİDEO
-
YAP-a birləşən partiyaların sayı 6 oldu - Adlar
-
Üzüqara Azərbaycan Səhiyyəsi: Həyat yoldaşı Dilavər Əzimlidən yazdı
-
Yəhudi qadın ərinin gözünü qazimizə bağışladı - FOTO
-
Vasif Talıbov YAP-ın qurultayına gəlib - FOTO
-
YAP növbədənkənar VII qurultayı başlayıb - İlham Əliyev videokonfrans vasitəsi ilə qatılıb
-
Gənc qız sevgilisini yataqda doğradı – Lənkəranda qanlı cinayət
-
YAP-ın qurultayı başlayır - Prezident də iştirak edəcək
-
“Şəhid olan general PUA-ların yaradılmasında iştirak edib“ - Bayraktar (FOTO)
-
Türkan torpaq mafiyasının caynağında - icra nümayəndəsi və bələdiyyə sədrinə ittihamlar
-
ABŞ və Britaniya Rusiyaya əlavə sanksiyalar tətbiq edə bilər – “Bloomberg”
-
Masazır sakinlərindən nazir Emin Əmrullayevə sual: ““Feniks-AA”MMC bura məktəb tikməyə gəlib, yoxsa evimizi yıxmağa?“
-
Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 11 hərbçi şəhid oldu
-
Səmra bədən quruluşunu nümayiş etdirdi - FOTOLAR
-
Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Bir iki gün dözəcəklər, sonra Rusiya köməyə gələcək“
-
Türklər Naxçıvan gömrüyündən şikayət edir: “Belə qardaşlıq olarmı?“ - VİDEO
-
Daha 33 obyektdə qaydalar pozulub – SİYAHI
-
Nazirlər Kabineti buraxılış və kolleclərə qəbul imtahanları ilə bağlı qərar verdi – DETALLAR
-
Gənc qız sevgilisini yataqda doğradı – Azərbaycanda qanlı cinayət
-
Nazirlər Kabineti buğda idxalı ilə bağlı yeni qərar verdi – Dəyişiklik
-
“NATO Qarabağ müharibəsində tərəf olmayıb” - Stoltenberq
-
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edib – Vaksinasiya ilə bağlı
-
“Ermənistan hələ də məğlubiyyətin şokundadır“ - Metyu Brayza
-
Daha 30 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib – FOTO
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 9 nəfər şəhid olub
-
AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI
-
Ərdoğandan İqtisadi Əməkdaşlıq Təşkilatına çağırış:“Kiprə dəstək verin“
-
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
-
Tələbə köçürmələrinin nəticələri açıqlandı – Təhsil Nazirliyi məlumat yaydı
-
Ramiz Mehdiyevin ailə bankı bağlanır? – Xalis zərər 9 milyon manatdan artıqdır
-
Zəngilanın Keçikli kəndi – VİDEO
-
Əfv Komissiyasında yeni iclas:daha 100-dən çox müraciətə baxılıb
-
“Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur“ - İlham Əliyev
-
Gəncə Alüminiüm zavodu iflas olub? - QALMAQAL
TOP 10
ARXİV