Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ kanalları Trampın irqçi reklamlarını yayımlamaqdan imtina edib - Seçki ixtilafı

Tarix 06.11.18, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün ABŞ-da Konqresə, Senatın üçdə bir hissəsinə, habelə bir sıra ştatlarda qubernator seçkiləri keçriləcək. Siyasi müşahidəçilər bu seçkiləri son dövrlərin ən burulğanlı və gərgin prosesi hesab edirlər.

Son bir ildə nüfuzu düşən Donald Tramp axırıncı kozırı olaraq miqrasiya kartını işə salıb və bununla əlavə səslər ala biləcəyinə ümid edir.

Di gəl, Trampın miqrantlar əleyhinə reklam çarxları irqçilik və başqa millətlərə düşmənçilik kimi qəbul edilir.

Son günlərdə ABŞ telekanalları prezidentin 2020-ci il üçün nəzərdə tutulan bir reklam videosunu yayımlamaqdan imtina ediblər. 

Söhbət əvvəllər Kaliforniya ştatında iki polisi öldürməyə görə məhkum olunmuş Luis Brakamontes adlı meksikalının hekayəsinin əks olunduğu reklam filmindən gedir.

Həmin videoda Brakomontes belə bir cümlə işlədir: "Mən hələ daha iki polis öldürə bilərəm". Filmin sonunda kadr arxasından gələn səs “Bu cür qeyri-leqal cinayətkarların bizim qanunlarda yeri yoxdur” deyir.

Картинки по запросу luis bracamontes nbc fox
Luis Brakomontes

Öncə CNN telekanalı, daha sonra isə NBC və FOX News onu yayımlamaqdan itmina ediblər.

“NBC” ölkənin ən baxılan proqramlarından sayılan, 10 milyon auditoriyaya malik “Sunday Night Football” verilişi arasında məlum reklamın yayımını dayandıırb.

Hətta Donald Trampı həmişə müdafiə edən Fox News belə Luis Brakomontesin simasında filmdə başqa millətlərə nifrət aşılandığı səbəbi ilə reklamı proqramları arasında göstərməyib.

Facebook sosial şəbəkəsi də filmin yayılmasına blok qoyub. Lakin bu ana qədər onu ən azı milyon nəfərdən çox izlədiyi bildirilir.

ABŞ prezidenti isə olub bitəni sakitliklə izləyir. Jurnalistlər ondan təhqiramiz və irqçi hesab oluann videoçarx barədə soruşduqda soruşublar. ABŞ prezidneti “O qədər təhqiramiz şeylər var ki./. Məsələn sizin suallarınız da çox vaxt təhqiredici olub”, - deməklə kifayətlənib.

Картинки по запросу trump luis bracamontes nbc fox

Donald Trampın son dövrlərdə Qvatemala, Honduras və Salvadordan gələn miqrantlar karvanı ilə bağlı başı xeyli ağrıya bilər. ABŞ hakimiyyətini xüsusilə əhalinin 100 min nəfərinə 90 qətl hadisəsinin düşdüyü honduraslılar narahat edir. Karvan Hondurasın San-Pedro Sula şəhərindən çıxıb Meksika sərhədlərinə qədər irəliləyib.

Bu səbəbdən Meksikanın Çyapas ştatı ilə sərhəddə Tapaçula şəhərinə minlərlə federal polis əməkdaşı toplaşıb.

Tramp isə onları atəş açmaqla dayandıracağı lə hədələyir.

Bir sıra siyasi ekspertlərin rəyinə görə isə, əslində həm son miqrant karvanı hadisəsi, həm də reklam çarxı ilə ABŞ prezidenti öz məqsədinə çatmış olub. Bununla o, 2020-ci ildə amerikalıların hissləri ilə oynayaraq seçkidə qalib gələ bilər.

Musavat.com





Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap