Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ kəşfiyyatı “Putinin aşbazı”-nı axtarır – 250 min dollar mükafat təyin edib...

Tarix 27.02.21, 10:24

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rusiyalı oliqarx Yevgeni Priqojinin həbsinə kömək edəcək informasiya üçün 250 min dollar mükafat təyin edib. Rusiya mediası prezidentin yaxın çevrəsinə daxil olan Priqojini “Putinin aşpazı” adlandırır.

O, ABŞ-da 2016-cı ilin prezident seçkisinə müdaxilədə ittiham olunur. Priqojin FTB-nin bu hərəkətini "əcinnə ovu" adlandırıb və ABŞ-ı Rusiyanı "xortdana döndərməkdə" ittiham edib.


ABŞ prokurorları bildirirlər ki, Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyi Priqojin tərəfindən maliyyələşdirilir. “Troll fabriki” kimi ad çıxarmış bu quruma və Priqojinin başqa bizneslərinə qarşı sanksiyalar elan edilib. 

FTB habelə başqa bir rusiyalının – Konstantin Kilimnikin həbsinə kömək edəcək informasiya üçün də 250 min dollar mükafat müəyyən edib.


Kilimik əslən ukraynalıdır. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manafortun köməkçisi vəzifəsində çalışıb. Birləşmiş Ştatlar 2018-ci ildə Kilimnikə cinayət işi açıb. O, ədalətə mane olmaqda ittiham olunur və həbsi üçün federal order verilib. FTB-nin məlumatına görə, Kilimnik Rusiya və Ukrayna biznesmenləri və siyasətçiləri arasında vasitəçi olub. ABŞ müstəntiqləri onun Rusiya kəşfiyyatı ilə bağlı olduğunu ehtimal edirlər. Kilimnik habelə Ukrayna hökumətinin tapşırığı ilə ABŞ-da xarici dövlətin maraqları üçün lobbiçilik etməkdə şübhəli bilinir.

Pol Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə iddia edilən müdaxiləsinə dair xüsusi prokuror Robert Müllerin təhqiqatında mərkəzi fiqurlardan biri sayılırdı. Siyasi texnoloq və lobbiçi olan Pol Manafort 2016-cı ildə bir neçə ay müddətində Trampın seçki kampaniyasına rəhbərlik edib. O, bundan əvvəl Ukraynada ovaxtkı rusiyayönlü prezident Viktor Yanukoviçin məsləhətçisi kimi çalışıb.

Müllerin təhqiqatı nəticəsində Manafort birbaşa Rusiya müdaxiləsi ilə bağlı olmayan müxtəlif maliyyə cinayətlərində ittiham olunub. Ona 7 il yarım iş kəsilib, lakin Manafort ötən dekabrda Tramp tərəfindən əfv olunduqdan sonra həbsxanadan azad edilib. (azadliq.org)



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap