Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ kəşfiyyatı hesabat açıqladı:“Rusiya Amerika ilə bir çox regionlarda toqquşa bilər”

Tarix 23.01.19, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın nüfuz dairəsini genişləndirmək cəhdləri, Çinin ordusunu modernləşdirməsi Birləşmiş Ştatların qarşısında duran “çeşidli” təhdidlərdir.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bu haqda ABŞ kəşfiyyatının yanvarın 22-də Vaşinqtonda açıqladığı hesabatda söz açılır. Milli Kəşfiyyat Strategiyası hesabatı hər dörd ildən bir yayılır. Hesabatda Şimali Koreyanın nüvə silahları fəaliyyəti, Birləşmiş Ştatların düşmənlərinin kiber bacarıqlarını gücləndirməsi, qlobal siyasi sabitsizlik də potensial təhdidlər kimi sadalanır.

Bu sənəd ABŞ-ın 17 kəşfiyyat agentliyi üçün rəhbər strategiya sayılır və növbəti dörd il ərzində ölkənin kəşfiyyat cameəsinin strateji istiqamətini müəyyənləşdirəcək. Hesabatda qeyd olunur ki, Birləşmiş Ştatlar “getdikcə mürəkkəbləşən və qeyri-müəyyən dünyayla üzləşir, bu dünyada təhdidlər getdikcə fərqli miqyas alır, qarşılıqlı əlaqəli olur”.

Milli Kəşfiyyatın direktoru Dan Coats sənədə əlavə olunmuş məktubunda yazır ki, ABŞ kəşfiyyat agentlikləri “təlatümlü və mürəkkəb” mühitə reaksiya verməkdən ötrü adaptasiya olmalıdırlar. “Yerli və qlobal mühitdə ciddi dəyişikliklərlə üzləşirik. 21-ci əsrin problemləri ilə üzləşməyə hazır olmalı, yaranan təhdidləri və imkanları tanımalıyıq”, – Coats deyib.

O, ABŞ kəşfiyyatının agentliklər arasında əməkdaşlığı təkmilləşdirməsinin, daha innovativ olmasının vacibliyini vurğulayıb. Coats deyir ki, agentliklər ictimaiyyətin onların işinə inamını qaldırmaqdan ötrü şəffaflığı artırmalıdırlar. Hesabatda təhdidlər səviyyəsinə görə sıralanmır.

Ancaq birinci bölüm “ənənəvi düşmənlər”in yaratdığı təhdidlərə həsr olunub, bu düşmənlərin 2-ci Dünya Müharibəsindən sonrakı beynəlxalq düzənin zəifləməsindən, Qərbdə təcridetmə tendensiyalarının artmasından faydalandığı vurğulanır. “Rusiyanın nüfuz və təsir dairəsini genişləndirmək cəhdlərinin artacağı görünür və bu, Birləşmiş Ştatların bir çox regionlarda məqsəd və prioritetləri ilə toqquşa bilər”, – hesabatda deyilir.



Xəbərin oxunma sayı : 310




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap