Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ kəşfiyyatından sensasiyalı xəbərdarlıq - “Müdaxilə gözlənilir...”

Tarix 08.08.20, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmisi noyabr seçkisinə Rusiya, Çin və İran tərəfindən mümkün müdaxilə barədə xəbərdarlıq edib.

Milli Əks-Kəşfiyyat Təhlükəsizliyi Mərkəzinin direktoru Bill Evanina avqustun 7-də bəyan edib ki, ABŞ kəşfiyyatının təhlili Çinin bu seçkidə prezident Donald Trampın məğlubiyyətini istədiyini, Moskvanın Trampın rəqibi Coo Baydenin şanslarını zəiflətmək üzərində işlədiyini, İranın isə ABŞ-ın demokratik təsisatlarına etimadın sarsıdılmasına çalışdığını göstərib.

Bundan əvvəl də Birləşmiş Ştatlarda noyabrın 3-də keçiriləcək prezident seçkisinə xarici müdaxilə cəhdi ola biləcəyindən narahatlıq vardı.

2016-cı il seçkisindən sonra ABŞ kəşfiyyatı və hüquq-mühafizə orqanları müəyyən etmişdilər ki, Rusiya bu seçkiyə kompüter hakerliyi və sosial mediada manipulyasiya kampaniyası ilə Trampın şanslarını artırmağa, onun rəqibi Hillari Klintonu isə gözdən salmağa çalışıb.

ABŞ rəsmiləri bunu da bildirmişdilər ki, 2018-ci ilin Konqres seçkisində səsvermə sisteminə müdaxiləüçün çoxsaylı xarici cəhdlər edilib və bu, əslində 2020-ci ilin prezident seçkisinə müdaxiləüçün bir növ məşq olub.

Evanina avqustun 7-də deyib: “Bir çox xarici ölkələrin bu seçkidə kimin qalib olacağında maraqları var. Onlar bunu özlərinin bir sıra üstüörtülü vəşəxsi bəyanatlarında bildirirlər. Biz əsas etibariləÇinin, Rusiyanın vəİranın davam edən və potensial fəaliyyətindən narahatıq”.

Evanina deyib ki, Çin Trampın “proqnozlaşdırılmadığını” bildirir və onun seçkidə qalib gəlməsini istəmir: “Çin öz aqressiv hərəkətlərinin bütün risk və mənfəətlərini ölçüb-biçməkdə davam etsə də, onun son aylarda verdiyi açıq bəyanatlar hazırkı administrasiyanın COVID-19-a reaksiyasının, Çinin Hyustondakı konsulluğunun bağlanmasının və başqa hərəkətlərin tənqidlərinin sərtləşdiyini göstərir”.

O əlavə edib ki, Rusiya Baydenə qara yaxmaq üzərində işləyir və onun tərəfdarları arasında çox sayda anti-Rusiya isteblişment nümayəndələrinin olduğunu düşünür.

Evanina deyib ki, İran Trampın mövqeyini zəiflətməyə və seçki ərəfəsində ABŞ cəmiyyətini parçalamaqğa səy göstərir. Evanina izah edib ki, İranın fikrincə, Tramp təkrar seçilərsə, ABŞ-ın rejim dəyişikliyi üçün Tehran üzərinə təzyiqləri davam edəcək. (azadlıq.org)



Xəbərin oxunma sayı : 2782




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap