Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ Konqresi uyğur qanununu təsdiqləyir – Çin sərt reaksiya verib

Tarix 04.12.19, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 3-də ABŞ Nümayəndələr Palatası uyğurlarla bağlı qanun layihəsini yekdilliklə təsdiqləyib.

Bu qanunvericilik Çində uyğur müsəlmanlara qarşı insan haqları pozuntularına yol verən yüksək vəzifəli rəsmilərə qarşı sanksiyaların tətbiqinə, eləcə də bu ölkədən ixracın qadağan olunmasına imkan verəcək.

2019-cu ilin Uyğur Aktı adlı sənəddə Pekinin Sintzyan regionunda yol verdiyi “ciddi insan haqları pozuntuları” tənqid olunur. Bu regionda 1 milyonadək uyğurun və digər müsəlman azlıq nümayəndələrinin düşərgələrdə saxlandığı bildirilir.

Prezident Donald Tramp sənədi ya imzalayacaq, ya da veto qoyacaq.

Çin qanuna sərt reaksiya verib.

“Birləşmiş Ştatları dərhal səhvlərini düzəltməyə, Sintzyanla bağlı qanun layihəsinin qanuna çevrilməsini əngəlləməyə, Sintzyanla bağlı məsələdən Çinin daxili işlərinə müdaxilə üçün istifadəni dayandırmağa çağırırıq”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü dekabrın 4-də verdiyi bəyanatda deyib.

“Çin vəziyyətin inkişafına uyğun olaraq reaksiya verəcək”, – sözçü Hua Çunying vurğulayıb.

Pekin sözügedən düşərgələrdə uyğurlarla pis rəftar olunmadığını, onlara “təlim keçildiyini” deyir. (azadliq.org)





Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap