Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ koronavirusa qarşı peyvəndin qiyməti açıqladı - Detallar

Tarix 29.07.20, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Amerikanın “Moderna” biotexnologiya kompaniyası koronavirus əleyhinə peyvənd kursunun qiymətini 50-60 dollar səviyyəsində müəyyən edib ki, bu da bir dozaya görə 25-30 dollar təşkil edir.

Azərtac “Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu qiymət ABŞ-a və əhali gəlirlərinin yüksək olduğu digər ölkələrə şamil olunur.

Bununla yanaşı, koronavirusa qarşı vaksin hazırlayan digər kompaniyalar öz preparatlarını ucuz satmağı planlaşdırırlar. Ötən həftə ABŞ hökuməti ilə 100 milyon vaksin dozasının çatdırılması barədə razılıq əldə edən Amerikanın “Pfizer” və Almaniyanın “BioNTtech” kompaniyaları öz vaksinlərinin bir dozasını 19,5 dollar, Böyük Britaniya və İsveçin müştərək “AstraZeneca” kompaniyası isə 3-4 dollar həcmində qiymətləndirib.

Qeyd edək ki, iyulun 27-də “Moderna” kompaniyası COVID-19 əleyhinə eksperimental vaksin sınaqlarının final fazasının başladığını elan edib. Sınaqlarda 30 minə yaxın könüllü iştirak edəcək. “Associated Press” agentliyinin məlumatına görə, bu, könüllülərin sayına görə dünyada koronavirusa qarşı peyvəndin ən böyük sınaqlarıdır.




Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap