İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

ABŞ Mehman Əliyevi dərhal azad etməyə çağırdı - Dövlət Departamentindən bəyanat

Tarix 27.08.17, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamenti Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat verib.

 AzFakt.com“AzPolitika” ya istinadən həmin bəyanatı təqdim edir:

“Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökumətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.

Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq”.

bitmap-img6






Xəbərin oxunma sayı : 655

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda