Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ prezidenti Çinlə ticarət sazişini dayandırır:“Bu, sondur“

Tarix 23.06.20, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikası ilə ticarət sazişini dayandırmağa qərar verib.

Bu barədə Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı Piter Navarro bildirib.

O, qeyd edib ki, bu, Uhan laboratoriyasında koronavirus pandemiyasının mənşəyi ilə bağlı Birləşmiş Ştatlar kəşfiyyatının artan əminliyi fonunda baş verib.

“Bu, sondur”, – Piter Navarro deyib.

“Budur dönüş anı. Onlar yanvarın 15-də bura ticarət sazişini imzalamağa gəldilər və artıq o vaxtdan tam iki ay keçdi, onlar bildilər ki, virus yayılır”, – Navarro əlavə edib.

ABŞ və Çin yanvarın 15-də ticarət sazişinin birinci hissəsini imzalayıb. Sazişə əsasən Vaşinqton Çinin 250 milyard ABŞ dolları məbləğində mallarına 25%, 120 milyard dollar məbləğində mallarına isə 7,5% rüsumu saxlayıb.

Saziş Çinin qarşı tərəfin 75 milyard ABŞ dolları məbləğində sənaye mallarını, 50 milyard ABŞ dolları dəyərində enerji daşıyıcılarını, 40 milyard ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsullarını almasını nəzərdə tutur. Çin ən yaxın iki ildə xidmətlərə daha 35-40 milyard ABŞ dolları xərcləməlidir.

Qeyd edək ki, ABŞ rəsmiləri koronavirusun dünyaya Çinin Uhan şəhərindəki laboratoriyasından məqsədyönlü şəkildə yayılıdığını iddia edirlər. Birləşmiş Ştatlar rəhbərliyi buna dair kəşfiyyat materiallarının olduğunu bildirir. Çin tərəfi isə öz növbəsində bu barədə söylənilənləri təkzib edir.

Koronavirus pandemiyasından ən çox zərər çəkən ölkə də ABŞ-dır. Bu günə olan son məlumatlara görə, Birləşmiş Ştatlarda 2 388 153 nəfər koronavirusa yoluxub. Bununla yanaşı, ABŞ-da daha 122 610 insan təhlükəli infeksiyadan ölüb/Report.



Xəbərin oxunma sayı : 1717




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap