Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ qoşunları Suriyanı tərk edir – ABŞ Müdafiə nazirindən açıqlama

Tarix 13.10.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatla əlaqədar ABŞ minə qədər hərbçisini bu bölgədən çıxarmağa başlayıb.

Bunu bu gün ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində bildirib.

M. Esper deyib ki, Türkiyə əməliyyatını cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir: “Son sutka ərzində bizə məlum oldu ki, Türkiyə hücumları öncə planlaşdırılandan fərqli olaraq genişləndirmək və qərbə doğru irəliləmək niyyətindədir”.

ABŞ Müdafiə naziri son sutka ərzində özlərini “Suriya Demokratk Qüvvələri” adlandıran YPG/PKK terrorçularının Suriya rejimi və Rusiya ilə razılıq əldə edərək Türkiyəyə qarşı əks-hücuma keçmək niyyətində olduğunu öyrəndiklərini də açıqlayıb: “Belə olan halda ABŞ qüvvələri Suriyada iki düşmən ordu arasında sıxışdırılmış vəziyyətdə qalacaq. Bununla əlaqədar mən dünən axşam Prezident Donald Trampla danışdım. Prezident zamanında  qoşunlarımızı Suriyanın şimalından çıxarmaqla bağlı qərar verdi. Söhbət min ABŞ hərbçisindən gedir”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış bulağı” əməliyyatına başlayıb. İndiyə qədər Rasulayn və Tel Abyad şəhərləri, o cümlədən 42 kənd terrorçulardan azad edilib. /APA



Xəbərin oxunma sayı : 859




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap