Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ Rusiya, Çin və Sinqapur şirkətlərinə sanksiya tətbiq etdi –Şimali Koreyaya mal daşıdıqlarına görə

Tarix 16.08.18, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramının maliyyələşdirilməsinə kömək məqsədilə malların qanunsuz daşınması ilə məşğul olduğu deyilən üç xarici şirkətə sanksiyalar qoyub.

AzFakt.com Azadlıq Radiosuna istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin avqustun 15-də bildirdiyinə görə, söhbət Çin, Sinqapur və Rusiyada yerləşən şirkətlərdən gedir.

Bundan əlavə Rusiya şirkətinin rəhbərinin adı sanskiya siyahısına daxil edilib.

Bu şirkətlərin ABŞ yurisdiksiyası ilə bütün mümkün əlaqələri bloklanıb və ABŞ vətəndaşlarına bu firmalarla biznes etmək qadağası qoyulub.

Pxenyanla birbaşa danışıqlara başlamasına baxmayaraq, Vaşinqton Şimali Koreyaya qarşı bütün beynəlxalq sankisiyaların icrasına nəzarət edir.

Maliyyə naziri Stiven Mnuçin deyib ki, Şimali Koreya tam nüvəsizləşənədək ona qarşı bütün sanksiyalar qüvvədə qalacaq.

ABŞ Maliyyə Nazirliyi Rusiyada mənzillənmiş “Profinet Pte” şirkətini Rusiyanın Uzaq Şərqindəki üç dəniz limanında Şimali Koreya bayrağı altında üzən gəmilərin yüklənib-boşaldılması işlərini görməkdə ittiham edir.

Nazirlik bildirir ki, “Profinet” şirkətinin direktoru Vasili Aleksandroviç Kolxanov Şimali Koreya ilə “şəxsən işbirliyində” olub.

ABŞ tərəfindən sanksiyalanan iki digər şirkət isə Çində mənzillənmiş “Dalian Sun Moon Star International Logistics Trading Co” və onun Sinqapurda mənzillənmiş “SINSMS Pte” filialıdır.

Bu şirkətlər sənədləri saxtalaşdırmaqla Şimali Koreyaya alkoqol və siqaret daşımalarında iştirak ediblər.



Xəbərin oxunma sayı : 253




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap