Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ABŞ Suriyada “rusları” yenə vurdu - Video

Tarix 14.02.18, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ ordusu Suriyanın Deyr əz-Zor əyalətində “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə atəş açan T-72 tankının və artilleriya qurğusunun məhv edildiyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu zərbə fevralın 10-da endirilib. Hadisələrin ondan üç gün əvvəl “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə hücuma keçən və əsasən rus muzdlularından ibarət qruplaşmanın Amerika ordusu tərəfindən darmadağın edildiyi ərazidə baş verdiyi bildirilir.

Deyr əz-Zor bölgəsində fevralın 10-da Amerika pilotsuz döyüş təyyarəsindən endirilən zərbə ilə T-72 tankının məhv edildiyi barədə “Fox News” telekanalı bu gün məlumat yayıb. Daha sonra Amerika hərbçiləri Suriya rejiminə loyal qüvvələrə endirilən həmin zərbələrin görüntülərini yayıblar. Amerika Hərbi Hava Qüvvələrinin Mərkəz Komandanlığının yaydığı görüntülərə əsasən atəş mövqeyində dayanan T-72 tankı və artilleriya qurğusu heyəti ilə birlikdə məhv edilir.

Amerikalılar bu dəfə də öz hərəkətlərini “özünümüdafiə” ilə əsaslandırıblar. Suriyada terrroçuların fəaliyyətini izləyən “Directorate 4” Telegram-kanalı tankın və artilleriya qurğusunun heyətinin həlak olduğunu, həlak olanların arasında rus muzdluların da ola biləcəyini bildirir.

“Fox News” telekanalı isə bildirir ki, fevralın 10-da Suriya rejiminə loyal qüvvələr fevralın 7-dəki hadisələrin baş verdiyi yerin yaxınlığında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin və onların müttəfiqlərinin mövqelərinə tankdan və artilleriya qurğusundan atəş açıblar. Bu zaman amerikalılardan heç kim zərər çəkməyib, amma cavab zərbəsi ilə tank və oradakı üç hərbçi məhv ediliblər.

Suriyadakı koalisiya qüvvələrinin rəsmisi, polkovnik Rayan Dillon “Anadolu” agentliyinə açıqlamasında koalisiya qüvvələrinin “özünümüdafiə” çərçivəsində hərəkət edərək fevralın 10-da Tebiyə yaxınlığında bir T-72 tankını vurduğunu təsdiqləyib. Polkovnik deyib ki, tank “koordinasiyalı şəkildə” koalisiya qüvvələrinin və “Suriya Demokratik Qüvvələri”nin mövqeləri istiqamətində atəş açırdı.

“Koalisiya rəsmiləri mümkün insidentlərdən və məsələnin yanlış anlaşılmasından qaçmaq üçün rusiyalı həmkarları ilə təmas qurdu”-polkovnik əlavə edib. Lakin o, vurulan tankın kimə məxsus olduğuna dair detalları açıqlamayıb.








Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap