Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ və Böyük Britaniya:“Dünya diktatorlarının 70%-ni bu iki ölkə silahlandırır” – Araşdırma

Tarix 15.10.17, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqton və London demokratiyanın bütün dünya üzrə yayılması zərurətindən danışır. Bununla belə, Birləşmiş Ştatlar və Böyük Britaniya qeyri-azad və avtoritar sayılan ölkələrin dörddə üçünü silahlandırır.

Silah ixracatı haqda milli hesabatların məlumatına görə, Vaşinqton və London təkcə keçən il onlara hərbi təyinatlı, demək olar, 3 milyard dollarlıq mal satıb və bu, iki ölkənin hərbi-sənaye kompleksinin ən böyük malıdır. Hətta NATO güclərinə silah tədarükü də avtoritar sayılan bəzi ölkələrə satışla müqayisə oluna bilməz. EADaily-də aparılan  araşdırmaların yekunları bu cürdür.

"Freedom House" – Amerikanın qeyri-hökumət təşkilatıdır və özünün göstərdiyi kimi, bütün dünya üzrə azadlıq və demokratiyanın yayılmasına hədəflənib. "Freedom House" 85% ABŞ hökumətinin qrantları ilə maliyyələşir. Buna görə də onun dünya ölkələrindəki azadlıq reytinqlərini Vaşinqtonun rəsmi mövqeyi saymaq mümkündür.

"Freedom House" 2016-cı ildə öz ekspertlərinin məlumatına əsasən, qeyri-azad və avtoritar rejimlərin yönəltdiyi 49 ölkəni sayıb. Bu sıraya həm Suriya, Şimali Koreya və İran, həm də Rusiya, Çin və hətta Tailand daxildir. MDB ölkələrindən qeyri-azad ölkələr siyahısına həmçinin Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Belarus düşüb. Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ də bu siyahıdadır. Sanki bu “rejimlər”in istənilən silahlanması mümkünsüzdür. Lakin silah ixracatının milli hesabatlarının göstərdiyi kimi, söhbət milyardlarla qazancdan gedirsə, Qərb demokratiyasının dayaqları olan iki ölkə məsələyə olduqca seçim bacarığı ilə yanaşır. Deməli, hesabatlara əsasən, ABŞ və Böyük Britaniya Şimali Koreya, Suriya (Bəşər Əsəd “rejim”inə) və İrana silah tədarük etmir. Ancaq bunun, "Freedom House"un məlumatı üzrə, avtoritar olan 49 ölkə siyahısındakı 34 ölkəyə dəxli yoxdur. Hətta ən diktator 11 ölkədən 7-si Amerika və Britaniya şirkətlərindən tamamilə sərbəst və leqal şəkildə silah alır. Söhbət Özbəkistan, Cənubi Sudan, Türkmənistan, Somali, Mərkəzi Afrika Respublikası və Səudiyyə Ərəbistanından gedir. Keçən il “Top-11” ölkədən təkcə Suriya, Eritreya, Şimali Koreya və Sudan ABŞ və Böyük Britaniyanın silahlarından məhrum olub. Onlar ən qeyi-azad ölkələr reytinqinə başçılıq edir.

Fars körfəzinin avtoritar monarxiyaları ABŞ və Böyük Britaniyanın ən böyük müştəriləri olaraq qalır. Onlar iki ölkənin hərbi-sənaye kompleksinin ən iri istehlakçısıdır. Məsələn, Səudiyyə Ərəbistanı 2016-cı ildə Britaniya şirkətlərindən 679 milyon funt sterlinqlik, Amerikanınkılardan isə 620 milyon $-lıq silah alıb. Ardınca silah, döyüş sursatı və texnikaya görə ABŞ-a 1 milyard $ ödəmiş Qətər gəlir. BƏƏ şeyxləri 797 milyon $ ödəyib.

Avtomat və patrondan tutmuş avia və zirehli texnikaya qədər silah və döyüş sursatlarının praktik olaraq bütün növ və tipləri Yaxın Şərq monarxiyalarının amerikalı və britaniyalılarla müqavilələrinə daxildir. Aydındır ki, Suriyanın “mötədil” müxalifətinə Səudiyyə Ərəbistanı, Qətər və İordaniya vasitəsilə həyata keçirilən və Pentaqonla MKİ-nin ayrı-ayrı proqramları ilə gedən silah tədarükü burada yoxdur.

Səudiyyə Ərəbistanı və Qətərin müqavilələri sadəcə böyük deyil, hətta ABŞ-ın NATO üçün satışını xeyli üstələyir. Şimali Atlantika alyansı ölkələri keçən il Amerika silahına cəmi 153 milyon $ xərcləyib. Alış həcminə görə Yaxın Şərq monarxiyalarının ən yaxın rəqibi Cənubi Koreya isə buna 270 milyon, Yaponiya 177 milyon $ sərf edib. Beləliklə, avtoritar Qətər və Səudiyyə Ərəbistanı Britaniya və Amerika silahının xeyli qisminin alqısını həyata keçirdir və onların itirilməsi iki ölkə HSK-ə zərbə olardı.

Qalan “diktaturalar”a gəlincə, onlar keçən il Böyük Britaniya və ABŞ-dan 600 milyon $-a silah almalı olub. Qeyri-demokratik Əfqanıstan, Əlcəzair, Misir, İraq, Oman, Tailand və Çin 10 milyon dollarlıqdan çox alıb. Bəhreyn, Çad, Efiopiya, Tacikistan, Türkmənistan və Vyetnam 1 milyon $-dan çox ödəyib.

Qalan “avtoritar” ölkələr yüz minlərlə dollar məbləğində silah alıb və bunlar  sıradakıdır: atıcı silah, patron, zirehli jilet, hərbi geyim, hərbi elektronika və yaxud iri hərbi texnika üçün komponentlər. Məsələn, Venesuela 2016-cı ildə Britaniya firmalarından hərbi gəmi və sualtı qayıqlar üçün 76 min funt sterlinqlik komponentlər, Özbəkistan 60 min patron, Somali isə 681 min hərbi geyim və zirehli jilet alıb.

Lakin, məsələn, Britaniya silahlarının alışı daha böyük ola bilər. 2016-cı il üçün strateji ixracat nəzarəti üzrə illik Hesabatda xatırladılır ki, “demokratik” ölkələrin bir qismi “avtoritar” ölkələrə reeksport ediblər. Məsələn, Cənubi Koreya, Sinqapur, İtaliya və İspaniya Britaniya silahını Türkmənistan, Çad, Çin, Misir, Konqo, Ekvatorial Qvineya, Anqola və başqa “qeyri-demokratik” rejimlərə satıb. Düzdür, bunların həcmi məlum deyil.

Maraqlıdır ki, Böyük Britaniya Mərkəzi Afrika Respublikası, Liviya, Somali və Cənubi Sudana tədarük həyata keçirib, amma onlara nisbətdə həm BMT, həm də Avropa Birliyinin məcburi embarqosu var. İstənilən halda, praktikanın göstərdiyi kimi, söhbət çoxmilyardlıq gəlirdən gedəndə dünyanın aparıcı demokratiyaları, özlərinin də  sənədlərdə rəsmən etiraf etdikləri kimi, nəinki demokratiyanın olmadığına göz yummağa, həm də “avtoritar” rejimləri silahlandırmağa hazırdırlar. Bir də həm 2014, həm də 2015-ci illər Amerika hesabatlarına əsasən, bu, həmişə baş verir və Vaşinqton və Londonun maraqlarından son dərəcə asılıdır. Məsələn, Bakının Vaşinqtonla münasibətlərinin soyuması buna səbəb olub ki, Azərbaycan 2016-cı ildə ABŞ-dan heç nə almayıb, halbuki hələ 2015-ci ildə alış 2,6 milyon dollar təşkil edib. Bakı keçən il yalnız Böyük Britaniyadan 600 min funt sterlinqə hava hədəflərini göstərən avadanlıq alıb.

Franklin Ruzveltin Nikaraqua diktatoru Anastasio Samosa haqda ifadəsini Birləşmiş Ştatlar və Böyük Britaniyanın “qeyri-demokratik rejimlər”i silahlandırmasıyla bağlı duruma tətbiq etmək mümkündür: “O, it oğlu itdir, amma bizim itin oğludur”.

Harvard universitetinin professoru Srefen Volt keçən il "Foreign Policy” nəşrində yazıb: “ABŞ-ın xaricdə demokratiyanı irəlilətmək cəhdlərinin çoxu iflasla başa çatıb, son 30 ildə dünya demokratiyalarının, demək olar, dörddə biri tənəzzül edib. Və problem ABŞ-ın hər şeyi səhv etməyində deyil, o, demokratiyanı irəlilətməyə heç hazırlaşmır da”. 

Və doğrudan da, “MPN news”-dan Uitni Vebbin qeyd etdiyi kimi, "Freedom House"un versiyasına görə, Suriya, İran və Rusiya avtoritar sayılsa da, onlarda müntəzəm şəkildə demokratik seçkilər keçirilir. Həm də yalnız ona görə demokratiyanın düşməni adlandırılır ki, Vaşinqtonun rəqibidirlər. Bunu ABŞ və Böyük Britaniyanın silahlandırdığı digər “avtoritar rejimlər" haqda deyə bilməzsən.

novosti-dny.ru, 13.10.2017

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 535




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap